Prezidentin xüsusi nümayəndəsi: "Ağdamda bərpa işlərini sürətlə həyata keçiririk"

img

04-06-2021 [14:23]


“44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad edib”.

Bunu jurnalistlərə açıqlamasında işğaldan azad olunmuş Ağdam rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O xatırladıb ki, artıq Prezidentin rəhbrəliyi və tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb: “Qərargah müvafiq qurumlarla birlikdə bu ərazilərdə bərpa-quruculuq işlərini həyata keçirirlər. Bu yaxınlarda Prezidentin İlham Əliyevin müvafiq sərəncamı ilə Ağdam rayonunun işğaldan azad olunmuş hissəsi üzrə, o cümlədən Ağdam şəhəri daxil olmaqla Prezidentin xüsusi nümayəndəliyi təsis olunub. İlkin olaraq Ağdam şəhərinin baş planının təqdimatı keçirilib. Artıq dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır”/Report.

E.Hüseynov deyib ki,  ilkin olaraq Ağdam şəhərində minaların təmizlənməsinə başlanılıb. Artıq böyük bir ərazi minalardan təmizlənib. Hazırda bu işlər davam etdirilir. Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi prosesi Ağdam şəhərində quruculuq və bərpa işlərinə mane olmayacaq: “Biz bu işləri tam sürətlə həyata keçiririk”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA