“Grand Plaza” MMC ilə sakin arasında mənzil qalmaqalı - İcra Hakimiyyəti açıqlama yaydı

img

25-05-2021 [16:15]


"Meydan Tv-də “Nəsimi - PİLOT Layihə - Sənin Səsin: Grand MMC-nin evindən çıxmaq istəməyən sakinləri təhdid etdiyi deyilir” sərlövhəli videomaterial ilə bağlı bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyətinin 01.09.2014-cü il tarixli, 410 saylı sərəncamı ilə Nəsimi rayonu, H.Ələsgərov, S.Rüstəm və Q.Quliyev küçələrinin kəsişməsindəki 983 saylı məhəllədə yaşayış binalarının tikintisinin layihələndirilməsi, icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsində yerləşən tikililərin sakinlərlə qarşılıqlı razılaşma ilə köçürülərək sökülməsi “Grand Plaza” MMC-yə həvalə edilmişdir. Qeyd edirik ki, layihə PİLOT deyildir".

Bu barədə Mia.az-a Nəsimi rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, “Grand Plaza” MMC-dən verilən məlumata görə həmin layihə ərazisindəki mülkiyyətçilərin əksəriyyəti ilə şirkət arasında razılıq əldə olunaraq köçürülüb və onlara məxsus olmuş tikililər sökülüb:

"Lakin bir neçə sakin əlavə tələblər irəli sürərək şirkət tərəfindən edilən təkliflərlə razılaşmırlar. S.Rüstəm küçəsi 66 ünvanda yaşayan vətəndaş Nazir Qurbanova faktiki sahəsi 56 kv.m. (sənədlər üzrə 32,3 kv.m.) olan iki otaqlı həyəttipli evinin əvəzində şirkət tərəfindən 180 min manat təklif edilmiş, lakin N.Qurbanov ailəsinin böyük olduğunu səbəb gətirərək ayrılıqda 2 otaqlı və 3 otaqlı hazır 2 mənzil alınmasını və həmin mənzillərin təmiri üçün 50 min manat pul verilməsini tələb edir.

Hazırda mübahisələrin hüquqi müstəvidə həlli üçün qarşılıqlı iddialarla vətəndaş və şirkət tərəfindən məhkəmələrə müraciət olunmuşdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA