Sabah hava pisləşəcək - Xəbərdarlıq

img

24-05-2021 [16:12]


Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mayın 25-i gündüzdən 27-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Mia.az ETSÜN-ə istinadla xəbər verir ki, mayın 25-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 27-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA