TƏBİB: "Vaksin olunan şəxslərdə mənfi hallar qeydə alınmayıb"

img

20-05-2021 [15:29]


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində vaksin olunan şəxslərlə bağlı mənfi hallar qeydə alınmayıb.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 863 292, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 054 414, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 808 878 nəfər təşkil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA