Rəsmi Tbilisidən “Keşikçidağ"la bağlı açıqlama: "Bu, Gürcüstan və Azərbaycanın strateji maraqlarına uyğun həll ediləcək” - “Bu, olduqca vacibdir"

img

13-05-2021 [13:30]


“Gürcüstan baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri zamanı David Qareci (Keşikçidağ – red.) məsələsi əsas müzakirə mövzularından biri olub”.

Bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

O, hökumət başçısının Bakıya rəsmi səfərini yüksək qiymətləndirib.

Nazir bildirib ki, Gürcüstanın strateji tərəfdaşı - Azərbaycan məsələnin mümkün qədər tez həll olunmasına hazırlığını bir daha nümayiş etdirib: “Bu, olduqca vacibdir. Məsələnin həllində hər iki ölkənin maraqları nəzərə alınacaq. Baş nazirin Azərbaycana son səfəri zamanı hökm sürən ab-hava onu deməyə imkan verir ki, bu məsələ hər iki tərəfin strateji maraqlarına uyğun həll olunacaq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR