Qəbələdə evdə partlayış: 89 yaşlı qadın yanaraq ölüb

img

05-05-2021 [12:59]


Qəbələ rayonunda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.

Məlumata görə, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb. Kənd sakini, 1932-ci il təvəllüdlü Mahmudova Sabirə Səid qızı yaşadığı fərdi evdə kustar üsulla quraşdırılan qaz sobasını yandırarkən ehtiyatsılıq edib və qaz sızması səbəbindən baş verən partlayış zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Sabirə Mahmudova təcili olaraq Qəbələ Regional Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 89 yaşlı qadını xilas etmək mümkün olmayıb. S. Mahmudova aldığı ağır yanıq xəsarətləri səbəbindən xəstəxanada vəfat edib.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA