Biləsuvarda bir ailənin üç üzvü koronavirusdan ölüb

img

07-05-2021 [15:32]


Biləsuvar rayonunda bir ailənin üç üzvü koronavirusdan vəfat edib.

Məlumata görə, Bəydili kəndində yaşayan Fərəcovlar ailəsinin 5 üzvündən götürülmüş koronavirus testinin nəticələri pozitiv çıxıb.

Müalicə alan ailənin üzvlərindən - Fərəcov İxtiyar Paşa oğlu (1939-cu il), Fərəcov Teymur İxtiyar oğlu (1966-cı il) və Fərəcova Badam Mehdi qızı (1939-cu il) vəfat edib.

Qeyd edək ki, ölənlərdən ikisi ər və arvad, digəri isə onların oğludur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA