Vüqar Rəhimzadə: "Bu, Fransanın Minsk qrupunun həmsədrlik kreslosunu tərk etməsini sürətləndirir"
01-05-2021 [16:31]
"İstər Dağlıq Qarabağ münaqişəsinin dünyadan 30 ilə yaxın dövrdə ədalət gözlədiyi, istər 44 günlük İkinci Qarabağ münaqişəsi, istərsə də postmüharibə dövründə diqqət çəkən, ən əsası dəyişməz olan məqam dünyanın böyük dövlətlərinin ikili siyasəti, Ermənistana daha böyük iddialarla yaşamasına rəvac vermələri, beynəlxalq hüquq və ədalət deyilən məfhumların bu güclərin əlində bir oyuncağa, alətə çevrilməsidir. Rəsmi Bakı daim dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edib ki, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməli, bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir. Amma dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bu çağırışlara sözdə və əməldə fərqli yanaşmaları göz önündədir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun etimadı doğrultmadığı reallıqdır.
Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Amma bugünümüz üçün diqqətçəkən məqam yenə də dünya dövlətlərinin ikili siyasətdən yaxa qurtara bilməyərək, Ermənistana dəstək missiyasını davam etdirməsidir. Hər an erməni sevgisini ortaya qoyan Fransanın son addımları təəssüf doğurmaya bilməz. Fransa Milli Assambleyasının deputatı Fransua Pupponin Azərbaycan ərazisində terror və diversiya fəaliyyəti həyata keçirməyə cəhd göstərmiş erməni diversantlardan ibarət qrupun üzvlərini “hərbi əsir və dinc sakinlər” kimi qələmə verən qətnamə layihəsi təqdim edib. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən dövlətlər mandatına uyğun olaraq neytrallığı qorumalı, tərəfsiz, obyektiv olmalıdır. Bu, məsələnin üzdə olan bir tərəfidir. Digər tərəfi belə qərəzli, əsassız bəyanatlar, açıqlamalar dövlətlərarası münasibətlərə mənfi təsir göstərməyə bilməz.»
Mia.az xəbər verir ki, bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, postmüharibə dövrünün reallıqlarının yaşandığı, bu reallıqlara uyğun olaraq həlli vacib məsələlərin çözülməsi istiqamətində addımların atıldığı bir zamanda ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın belə mövqe nümayiş etdirməsi təbii ki, təəssüf hissi doğurur: «Dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri ilə bağlı Minsk qrupu həmsədrlərindən də təkliflər gözlədiyini bildirdiyi halda, qarşı tərəfin belə bir qərəzli qətnamə layihəsi, açıqlamalarla çıxış etməsi münasibətlərə təsirsiz ola bilməz. Bundan əvvəl də Fransa Senatı qondarma «Dağlıq Qarabağ Respublikası»nın tanınması ilə bağlı qətnamə layihəsini müzakirəyə çıxardı. Təbii ki, belə qətnamələr Azərbaycan üçün adi kağız parçasıdır. Çünki Azərbaycan qərəzdən, ikili siyasətdən yaranan belə sənədlərə qarşı reallıqları qoyur və dünya ictimaiyyətindən də tələb edir ki, həqiqətlərə real nəzərlərlə baxsın. Necə ki, ABŞ Prezidenti Co Bayden aprelin 24-də qondarma «erməni soyqırımı» ifadəsini dilə gətirəndə dövlətimizin başçısı İlham Əliyev bunun tarixi səhv olduğunu bildirdi, eyni zamanda, aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinkenin telefon zəngi zamanı bu günlərdə ABŞ Prezidentinin dırnaqarası «erməni soyqırımı» ilə bağlı bəyanatına diqqəti yönəldərək bildirmişdir ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanmışdır. Ölkə Prezidenti İlham Əliyev bu açıqlaması ilə qondarma «erməni soyqırımı» iddiasının əsassız olduğunu bildirməklə yanaşı, bu reallığı da diqqətə çatdırdı ki, Azərbaycan-Türkiyə birliyi qarşıya çıxan hər bir maneəni dəf etmək, eyni zamanda, əsassız iddiaları tutarlı cavablandırmaq və qalibiyyətə imza atmaq gücündədir.»
Baş redaktor qeyd edib ki, bu gün işğaldan azad edilmiş torpaqlarımızda Böyük Qayıdışa hazırlıq işləri görülür: « Zamanın bu gün ölkəmiz üçün rəqibə çevrilməsini şərtləndirən əsas amil bu ərazilərin minalardan təmizlənməsinin uzanmasıdır. Çünki Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq minalanmış sahələrin xəritələrini verməməsi təmizləmə işlərində vaxt itkisinə səbəb
olur. Bu baxımdan olmaz ki, ATƏT-in Minsk qrupunun həmsədrləri 30 ilə yaxın dövrdə fəaliyyətsizliklərini postmüharibə dövründə canlandırmaqla minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı təşəbbüslə çıxış etsinlər? 10 noyabr üçtərəfli razılaşmasından sonra bu ərazilərdə baş verən mina partlayışı nəticəsində həlak olanların, yaralananların statistikasına diqqət yetirdikdə görəsən dünyanın ikili siyasətini özlərinə bir fəaliyyət istiqaməti seçən dövlətlər narahatlıq hissi keçirirlərmi? Reallıqları bir kənara qoyub yalanlarla diqqəti çəkməyə, Ermənistana dəstək olmağa ehtiyac varmı? Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana və ona havadarlıq edən dövlətlərə verdiyi tarix, hüquq və milli qürur dərsini nə tez unutdular? Bu da faktdır ki, Vətən müharibəsinin gedişi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə raket və artilleriya hücumları nəticəsində 100-ə yaxın dinc sakin həlak olub, 400-dən insan artıq yaralanıb. Bu faktlar niyə Ermənistanı müdafiə etmək yolunu tutan fransalı deputatların qətnamə layihəsində yer almır? Üçtərəfli Bəyanatdan bir ay sonra Azərbaycan ərazilərinə terrorçuluq məqsədilə göndərilən diversant qrupun üzvləri beynəlxalq humanitar hüquqa uyğun olaraq “hərbi əsir” hesab edilmir. Beynəlxalq hüquq normalarını pozub bunun əksinə qətnamə layihəsinin hazırlanmasına vaxt sərf etməyə ehtiyac varmı?»
«Fransanın mövqeyinə inamsızlıq yaradan bu cür təşəbbüsləri, qərəzli bəyanatları artıq davamlı xarakter alıb» söyləyən baş redaktor bildirib ki, Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın neytrallığına çox ciddi inamsızlıq yaranıb. Fransa parlamentinin bəzi üzvlərinin bu cür addımları, dövlət rəsmilərinin açıqlamaları bu inamsızlığın aradan qaldırılmasına deyil, əksinə, daha da dərinləşməsinə yönəlib ki, bu da iki dövlət arasında münasibətlərə öz mənfi təsirini göstərəcək.
Diqqəti bu günlərdə Fransa Senatının geniş tərkibli nümayəndə heyətinin Ermənistana 3 günlük səfərinə də yönəldən V.Rəhimzadə qeyd edib ki, bu səfərin Ermənistanda uydurma “soyqırımı” tədbirləri ilə üst-üstə düşməsi artıq yaranan suallara aydınlıq gətirir: « Senat sədri açıqlamasında açıq-aşkar Ermənistanın işğalçılıq siyasətini, etnik
təmizləmə və soyqırımı cinayətlərini, 44 günlük Vətən müharibəsində həyata keçirdiyi müharibə cinayətlərini dəstəklədiyini, bu dəstəyin gələcəkdə də davam etdiriləcəyini bildirməklə bir daha işğalçı dövlətin bugünədək əsassız iddialarla çıxış etməsinə yol göstərənlərə aydınlıq gətirir. Fransalı siyasətçilər, bəzi Senat üzvəri də Fransanın Minsk qrupunun həmsədri kimi neytrallıq prinsiplərini pozduğunu, ardıcıl olaraq Ermənistanı dəstəklədiyini etiraf edirlər. Bu etiraflar, eyni zamanda, ikili siyasətə uyğun addımlar fonunda Fransa Minsk qrupunun həmsədrlik kreslosunu tərk etməyə hazır olduğunu nümayiş etdirir.»
Baş redaktor bu ümumiləşdirməni aparıb ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin qondarma “erməni soyqırımı”, həmçinin tarixə qovuşan Dağlıq Qarabağ məsələsinə münasibətləri, Ermənistana açıq-aşkar dəstək göstərmələri onlara qərəzli addımlara deyil, öz tarixlərinə bir nəzər yetirməyə vaxt sərf etmək çağırışını edir: «ABŞ və Fransanı Ermənistanla yaxınlaşdıran məqamlardan biri soyqırımlar törətməkdə oxşarlıqlarıdır. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə, ABŞ Vyetnamda, Koreyada, Kamboca və Laosda, Əfqanıstanda, İraqda, Xirosima və Naqasakidə milyonlarla insanı qətlə yetirib. Özlərini “insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa və ABŞ öz tarixləri ilə üzləşməkdən bir də ona görə qorxurlar ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədiblər. Tarixi səhvlərdən dərs almaq zamanıdır.»
DÇ-2026: Gürcüstan qalib gəldi, Türkiyə isə darmadağın oldu
Balıkəsirdə daha bir zəlzələ oldu - 4,5 bal gücündə
Alim Qasımov şəxsi mülkünü satışa çıxarıb - 5 milyona + FOTOLAR
Bu gecə Ay qırmızı rəngə boyanacaq - Astronomik hadisə həvəskarlarını əsrarəngiz gecə gözləyir
Londonda aksiya: 900 nəfərə yaxın etirazçı saxlanılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə yenə zəlzələ olub
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb
Goranboyda yük maşını obyektə "girdi" - Xəsarət alanlar var
Sumqayıtda 72 yaşlı kişi dənizdə boğulub
MEDİADA REKLAM ÇARXI: pulu kimə və hansı kriteriyalarla verirlər?
ADSEA-da İctimai Şura niyə yaradılmayıb?
SABİQ NAZİRİN HƏYAT YOLDAŞI LÜKSENBURQDAKI ŞİRKƏTİNİ BAĞLAYIB - 82.3 milyonluq aktiv Britaniyaya köçürülüb (Sənədlər)
Sabah yağış yağacaq
Qurban Qurbanov jurnalistləri toya çağırdı - Baş məşqçi oğlunun məclisini “Neolit”də keçirəcək
Nəriman Axundzadə millinin heyətindən kənarlaşdırılıb
Maşında sıxılıb qalan qadın xilas edilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Lənkəranda 34 yaşlı qadın bıçaqlanıb
Azərbaycan nümayəndə heyəti Çində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda - FOTOLAR
Bakıda və rayonlarda xüsusi əməliyyat keçirildi, krimnal şəxslər qandallandı - VİDEO
Umud Rəhimoğlu "Təzə Pir"dəki yas qiymətinin bahalığına, Sabir Fondunun rəhbəri isə boşanmalara diqqəti çəkir
Bakıda reklam şirkətindən oğurluq olub
Bakıda “KamAZ” avtomobilin üzərinə aşıb, ölənlər var - VİDEO, FOTO
Fernandu Santuş AFFA-ya dirənir: "Axı nəyə görə istefa verməliyəm?"
Qayınata 32 yaşlı kürəkənini öldürdü
Azərbaycan nefti 67 dollara endi - Daha 2 dollar ucuzlaşma var
"Trabzonspor" yeni transferi ilə bağlı məlumat yayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" Ernest Muçini transfer edir
Cengiz Ünder "Beşiktaş"a keçdi
18 yaşlı şəxs 16 yaşlı bacısını öldürüb
Bolqarıstanın dövlət şirkəti 200 illik qazancını Türkiyəyə verəcək - Nazir "Bu, ölkəmizi çətin vəziyyətə saldı" deyir
Astarada kütləvi zəhərlənmə: aralarında 8-i uşaqdır
Qəzzada itki - Son statistik məlumat açıqlandı
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Rektor hava isti olduğu üçün işə çıxmadığını deyir: "Universiteti uşaqlar özləri idarə edirlər”
Azərbaycan və Macarıstan arasında yeni sənədlər imzalandı
"Beşiktaş" Leandro Trossardı heyətinə qatmaq istəyir
Səbuhi Abbasov: “Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin əsasını qoydu”
Nazir Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsini həvalə edib - Nazirlikdən açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı