ÜST-dən xəbərdarlıq: 25 Avropa ölkəsində COVID-19-un yeni ştamm aşkarlanıb

img

14-01-2021 [15:02]


“Güclü nəzarət tədbirləri olmadığı təqdirdə koronavirusun yeni Britaniya ştammı səhiyyə sistemindəki yükü daha da artıracaq və bu, həyəcanverici vəziyyətdir”.

Bunu ÜST-nin Avropa üzrə direktoru Hans Klüe deyib.

O, artıq Avropa regionunun 25 ölkəsində COVID-19-un yeni ştammının təsbit edildiyini bildirib.

“Koronavirusun yeni ştammı adisi ilə müqayisədə daha şiddətli və ya daha yüngül keçmir. O bütün yaş qrupları arasında yayılır. Qısa müddətdə virusun yayılmasını azaltmaq və bir çox insanın həyatını xilas etmək üçün epidemiya əleyhinə səylərimizi artırmalıyıq. Bu, bizə məlum tədbirlərdir; maska taxmaq, genişmiqyaslı tədbirlərdən yayınmaq, məsafə saxlamaq, yoluxmuş insanların təmaslarını izləmək, eləcə də peyvənd vurulması ilə bağlı prosesin genişləndirmək bizi gözlənilən nəticələrə gətirib çıxaracaq. Prosesi yaxından izləyirik”, - o, söyləyib.

H.Klüge həmçinin qeyd edib ki, istehsal olunan peyvəndlərin 90 %-dən çoxunun dünyanın 30 ölkəsində olduğunu qeyd edərək ÜST-nin peyvəndin hər ölkəyə təqdim edilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA