Ermənistan ordusunun Suqovuşanda silah-sursatı aşkarlanıb - FOTOLAR

img

14-01-2021 [14:01]


İşğaldan azad edilmiş ərazilərdə Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları rayonun Suqovuşan kəndi ərazisində xidmətdə olarkən həmin ərazidən 1 ədəd 60 mm-lik minaatan silahı, həmin silaha məxsus 72 ədəd mərmi, 5 ədəd 30 mm-lik AQS-17 qumbaraatan silahı, dolu sandığı və sursatı ilə birgə 2 ədəd 12.7 mm-lik PKT, 1 ədəd PK pulemyotu, hava hücumundan müdafiə üçün atışa hazır vəziyyətdə “İQLA” raket kompleksi, 1 ədəd “Muxa” markalı RPQ-18 qumbaraatan, 3 ədəd tank əleyhinə RPQ-7 mərmisi, 1 ədəd snayper tüfəngi, 2 qutu 12.7 mm-lik patronlar, 1 ədəd əl radiostansiyası və qidalandırıcısı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA