Rusiya MN-dən Qarabağla bağlı daha bir - Açıqlama

img

12-01-2021 [09:47]


Rusiya sülhməramlıları Dağlıq Qarabağda fasiləsiz olaraq vəziyyətin monitorinqini aparır.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya sülhməramlılarının müşahidə postlarında fasiləsiz olaraq atəşin dayandırılması rejiminə riayət edilməsi üçün vəziyyətə nəzarət və monitorinq aparılır. Atəşin dayandırılması rejiminə bütün təmas xətti boyu riayət olunur", - xəbərdə deyilir.

Qeyd edilir ki, Rusiya hərbçiləri vətəndaşların Dağlıq Qarabağa təhlükəsiz qayıdışını təmin edir, humanitar yardım göstərir, mülki infrastruktur obyektləri bərpa edirlər.

Sülhməramlılar təlimlər zamanı mühafizə və müşahidə postlarının müdafiəsi üzrə bacarıqlarını təkmilləşdirirlər.

"Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin müşahidə postları hərbi qulluqçuların atıcı silahlardan və qəlpələrdən müdafiəsi, həmçinin yaxınlıqdakı ərazilərin tam müşahidəsi üçün nəzərdə tutulmuş blokpost istehkam tikintiləri ilə təchiz edilib”, - deyə məlumatda bildirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA