Tətil dövründə dərslər davam etdiriləcək

img

18-11-2020 [12:30]


Oktyabrın ortalarından noyabrın 2-dək şagirdlər üçün iki həftəlik tətil elan edilmişdi. Ona görə də ənənəvi tətil dövründə dərslər davam etdiriləcək.

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, indi hər kəs böhranlı vəziyyəti bacardıqca səmərəli idarə etməyə çalışmalıdır.

E.Əmrullayev əlavə edib ki, postpandemiya dövründə artıq mövcud boşluqlar düzgün qiymətləndiriləcək və yaranan boşluqların doldurulması üçün müxtəlif üsullardan - yay proqramları, şənbə dərsləri və başqa formatdan istifadə ediləcək/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA