Gürcüstan prezidenti Pompeo ilə bir arada: “Dünyanın dinc, sabit və demokratik Qafqaza ehtiyacı var”

img

18-11-2020 [12:01]


“Bizim bölgənin və dünyanın dinc, sabit və demokratik Qafqaza ehtiyacı var”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdə deyib.

Onun sözlərinə görə, dövlət katibinin bölgədəki yeni vəziyyət fonunda Gürcüstana səfərinin əhəmiyyəti artıb: “Sülh və siyasi-iqtisadi inkişaf bizim ümumi maraqlarımıza cavab verir. Gürcüstan bu maraqların qorunması üçün ABŞ-ın layiqli və etibarlı tərəfdaşı olaraq qalır”.

S.Zurabişvili Gürcüstanın ərazi bütövlüyünə dəstəyə görə M.Pompeoya təşəkkür edib. O, Gürcüstan və ABŞ arasında mövcud əməkdaşlığın yeni səviyyəyə yüksələcəyinə ümidvarlıq ifadə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA