Azərbaycanda daha 2075 nəfər koronavirusa yoluxub, 20 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

17-11-2020 [16:10]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 79158 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 56894 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib, aktiv xəstə sayı 21259 nəfərdir. Ölkədə son sutka ərzində 13213, hazırkı dövrədək isə 1536434 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA