Lavrovdan ABŞ-ın Qarabağla bağlı izahat tələbinə reaksiya: “Mənim üçün bunu eşitmək qəribə idi..."

img

17-11-2020 [15:09]


"ABŞ Dövlət Departamentinin Qarabağ razılaşmasının detalları haqqında məlumatlandırmağın vacibliyi haqqında bəyanatını eşitmək qəribədir".

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Mauerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Mənim üçün bunu eşitmək qəribə idi. Düzünü desək, hesab edirəm ki, bu cür bəyanatlar bu bəyanatları yayanın ya kifayət qədər məlumatlı olmadığını əks etdirir, ya da sadəcə olaraq anlaşılmazlığın nəticəsidir”,  deyə Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrov ABŞ tərəfinin dövlət katibinin müavini səviyyəsində hər şey haqqında məlumatlandırıldığını da qeyd edib: “Bundan başqa, Rusiya əvvəldən Minsk Qrupunun həmsədrləri ilə, hansı ki, bura ABŞ da daxildir, sıx çalışıb. Son on gündə Qarabağ mövzusu iki dəfə Rusiya və Fransa prezidentləri ilə müzakirə olunub. Bir saata yaxın da mən fransalı həmkarımla müzakirə aparmışam”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA