Rusiya Qarabağa mühəndis-istehkamçılar, xüsusi texnika və cihazlar göndərib - MN açıqladı

img

17-11-2020 [11:06]


Rusiya Aerokosmik Qüvvələrinin İl-76 təyyarəsi ilə Ulyanovsk aerodromundan Dağlıq Qarabağa Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının mühəndis-istehkamçı bölməsinin hərbçiləri, xüsusi texnikası və cihazları göndərilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“İstehkamçılar mühəndis kəşfiyyatı, yolların və obyektlərin minalardan təmizlənməsi, eləcə də suların təmizlənməsi və digər mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirəcəklər. Bundan başqa, partlayış təhlükəli predmetlərin axtarışına xidməti itlər də cəlb olunacaq”, - deyə məlumatda vurğulanıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA