Armen Sarkisyan: "Ermənistanda humanitar faciə yaranıb"

img

17-11-2020 [09:00]


Ermənistan prezidenti Armen Sarkisyan ölkədə ağır iqtisadi vəziyyətin olduğunu etiraf edib.

Bu barədə "İnterfaks" xəbər verir ki. o, yaralı iqtisadiyyatın böyük sosial problemlərlə yükləndiyini deyib.

Armen Sarkisyan bildirib ki, Dağlıq Qarabağdan Ermənistana köçənlərin böyük axını nəticəsində ölkədə humanitar faciə baş verib. Koronavirus pandemiyası ilə bağlı ağır vəziyyət paralellik təşkil edir.

Ermənistan prezidenti həmçinin əlavə edib ki, müharibəni uduzmaq olar, amma millət kimi uduzmaq yolverilməzdir.

A.Sarkisyan eləcə də xüsusən ölkənin hüquq-mühafizə sistemini qanun çərçivəsində hərəkət etməyə çağırdı.

"Hüquq-mühafizə orqanlarına müraciət edirəm - bu gün sizin qarşınızda ölkədə asayişi təmin etmək, güclü, qətiyyətli olmaq kimi böyük məsuliyyət dayanır. Qanundan və qanunilikdən hər hansı sapma, hər hansı pozuntu qəbuledilməz və bağışlanılmazdır. Sizi qanuna riayət etməyə və qanuniliyi qorumağa çağırıram", - o, deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA