Rusiya hərbçiləri Qarabağda neçə müşahidə məntəqəsi qurub? - MN rəsmisi detalları açıqladı, atəşkəsin pozulmadığını bəyan etdi

img

16-11-2020 [16:17]


Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib ki, atəşkəs Dağlıq Qarabağdakı bütün təmas xəttində müşahidə olunur.

Mia.az Ria Novosti-yə istinadla xəbər verir ki, o, təmas xətti boyunca vəziyyəti gecə-gündüz izləyən Rusiya sülhməramlı qüvvələrinin müşahidə postlarının yerləşdirilməsinin başa çatdığını da bildirib.

Onun sözlərinə görə, Qarabağın cənub zonasında 9, şimalda daha 9 müşahidə məntəqəsində sülhməramlılar tərəfindən nəzarət həyata keçirilir: "Laçın dəhlizində isə sülhməramlı birləşmələrin hərbi kalonunun keçməsini təmin edən 7 müvəqqəti müşahidə məntəqə var".

O, əlavə edib ki, hazırda atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA