Separatçı rejim məğlub durumda olduqlarını bəyan etdi: "Azərbaycan Ordusu artıq Xankəndinin ətrafındadır, addım-addım hər şeyi itiririk"

img

09-11-2020 [18:58]


“Cəsarətverici təbliğat tezisləri bizə reallıq hissini itirməkdən başqa heç nə vermir. Bəli, biz Şuşanı itirdik, .Azərbaycan Silahlı Qüvvələri indi Xankəndinin yaxınlığındadır”.

Mia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Qarabağdakı cinayətkar rejimin “sözçüsü” Vaqram Poqosyan sosial şəbəkədəki səhifəsijndə yazıb.

O bildirib ki, uğursuzluq zəncirində çabalayırlar: "Artıq Şuşa şəhərinin tamamilə nəzarətimizdən çıxdığını etiraf etməliyik və bu barədə bütün cəzarət və ümidləndirici təbliğat tezisləri bizə reallıq hissini itirməkdən başqa heç nə vermir. Azərbaycan Ordusu artıq Xankəndinin ətrafındadır".

O daha sonra qeyd edib ki, yalan qələbə çağırışları və “Facebook”dakı şayiələr addım-addım hər şeyin itirilməsinə gətirib çıxaracaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA