"Ermənistanla Rusiyanın malik olduğu kimi, bizim də Türkiyə ilə eyni formatımız, qanuni bazamız var" - İlham Əliyev
09-11-2020 [13:41]
“Bəli, hər şey bizim qüvvələrimiz tərəfimizdən istifadə olunur. Təkcə Türkiyə istehsalı olan dronlar deyil, İsrail istehsalı olan dronlar, Rusiya istehsalı olan hərbi avadanlıq və bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq bizim aldığımız və pul ödədiyimiz digər ölkələrin istehsalı olan hərbi avadanlıqlar. Hər şey bizim tərəfimizdən edilir”.
Mia.az xəbər veirr ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində deyib.
Jurnalist “Türkiyənin birbaşa hərbi iştirakını istəyə biləcəyiniz günü gözləyirsinizmi? Biz Ermənistanın artıq Rusiyaya müraciət etdiyini və onun nə etməyə hazır olduğunu soruşduğunu görmüşük. Sizcə Türkiyənin daha çox cəlb olunmağı xahiş edəcəyiniz gün gələcəkmi?” sualını dövlət başçısına ünvanlayıb.
“Mən çox irəliyə baxmaq istəmirəm. Çünki bu, döyüş meydanındakı vəziyyətdən asılı olacaq. Bu, Ermənistanın davranışından və digər ölkələrin davranışından asılı olacaq. Çünki mən bir çox hallarda demişəm ki, biz münaqişənin beynəlmiləlləşdirilməsinin əleyhinəyik. Biz bütün ölkələrdən, qonşu ölkələrdən, qonşu olmayan ölkələrdən bu münaqişədən uzaqda durmağı xahiş etmişik. Biz beynəlxalq səviyyədə tanınan torpağımızda döyüşürük. Bu, bizim mövqeyimizdir. Mən düşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə, Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayacaq. Lakin uzun illər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə həm də hərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik”, - deyə dövlət başçısı suala cavabında deyib.
Jurnalist daha sonra belə suallar verib:
- Prezident Əliyev, icazənizlə mən daha iki sualla bağlı yardımınızı xahiş edəcəyəm. Münaqişənin indi yenidən alovlanmasının və Sizin belə güclü irəliləməyinizin səbəblərindən biri kimi Türkiyənin çox güclü dəstək verdiyini, bunun həqiqətən də həlledici olduğunu iddia edənlərə nə deyərdiniz. Əminəm ki, belə iddiaları eşitmisiniz.
- Xeyr, qətiyyən. Yeri gəlmişkən, Türkiyənin hərbi iştirakı haradadır? Bunu kim təsdiqləyə bilər? Hər hansı türk əsgərini kim görüb?
- Yerində iştirak deyil, güclü siyasi dəstək, daimi bəyanatlar, çox güclü regional gücdən çox güclü dəstək. Bu, burada amil deyil?
- Bəli, bu, amildir. Lakin bu amil münaqişə başlayandan sonra çox mühüm əhəmiyyət kəsb etdi. Çünki əgər münaqişənin xronologiyasına nəzər salsanız, bu bəyanatlar Ermənistan bizə hücum edəndən və biz cavab verəndən saatlarla sonra başladı. Amma Türkiyənin Azərbaycana siyasi dəstəyi hər zaman olub. Bu, qəfildən baş vermədi. Bu, hər zaman belə olub. Niyə münaqişə başladı? Mən sizə deyə bilərəm. Çünki Ermənistan danışıqları pozmaq istəyirdi. Onlar iyulun 12-də dövlət sərhədində bizə hücum etdilər və bizim ərazimizə daxil oldular. Biz cavab verməli olduq. Həmin toqquşma 4 gün davam etdi və biz onları Azərbaycandan sıxışdırıb çıxarandan sonra dayandıq və dövlət sərhədini keçmədik. Sonra avqustun ortasında onlar diversiya qrupu göndərdilər, o, təmas xəttini keçdi, həmin qrupun başçısı saxlanıldı və mülki şəxslərə qarşı terror hücumları planlaşdırdıqlarını etiraf etdi. Sonra sentyabrın 27-də onlar bizim şəhərlərimizi artilleriya atəşinə tutmağa başladılar, bizim mülki şəxslər və hərbçilər arasında ilk qurbanlarımız ilk saatlarda, bəlkə də ilk dəqiqələrdə oldu. Onlar bizi ağır artilleriyadan atəşə tutdular. Beləliklə, bu, belə başladı. Niyə başladı?
- Prezident Əliyev, üzr istəyirəm. Bilirəm Siz bizə tarixini danışmaq istəyirsiniz, lakin Sizinlə iki məqama aydınlıq gətirmək istəyirəm. Siz hərbçilər arasında itkiləri qeyd etdiniz. Niyə Siz hərbi itkilərinizlə bağlı rəqəmləri açıqlamırsınız? Siz narahatsınız ki, insanlar bu müharibədə nə qədər gənc insanın həlak olduğunu görsə, dəstək zəifləyə bilər?”
- Xeyr, qətiyyən. Birincisi, bizdə çox deyil. Əgər siz müharibənin miqyasına və bizim Ermənistanın 30 il ərzində tikdiyi istehkamları, bütün mövqeləri dağıtmalı olduğumuza baxsanız, bizim itkilərimiz minimaldır. Əlbəttə ki, biz bu cür danışa bilmərik. Hər bir insanın həyatı qiymətsizdir. Lakin bizim itkilərimiz Ermənistanınkından xeyli aşağıdır. Çünki bizim hərbi imkanlarımız daha yaxşıdır və bizim minimum itki verməyə imkan yaradan müasir silahlarımız var, xüsusilə həmin dronlar. Çünki həmin dronlar olmasaydı, bütün o tanklar və toplar çox sayda adamı öldürərdi. Səbəb o deyil ki, biz düşünürük ictimaiyyətin dəstəyini almarıq, əksinə. Yaxın qohumlarını, oğullarını, qardaşlarını itirən insanlar bizdən dayanmamağı xahiş edirlər. Təsəvvürünüzə gətirə bilərsiniz? Hər gün mən minlərlə məktub alıram, minlərlə məktub. O məktubların heç birində mən “Dayanın” sözünü görməmişəm. Onlar deyirlər, mən oğlumu itirmişəm, qardaşımı itirmişəm, həyat yoldaşımı itirmişəm, xahiş edirik, sona kimi gedin. Xahiş edirik, sona kimi gedin. Çünki bizim xalqımız bu vəziyyətdə, demək olar ki, 30 il yaşayıb.
Mia.az
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO