Jurnalist atasının ölümündə TƏBİB-i günahkar saydı: "Məgər, qızdırma ancaq COVID-19 əlamətidir?" - Ramin Bayramlıya açıq məktub
CƏMİYYƏT
15.06.2020, 17:03
Jurnalist Seymur Kazımov TƏBİB sədri Ramin Bayramlıya şok iddialara zəngin açıq məktub yazıb.
Mia.az xəbər verir ki, o, sosial şəbəkədə yazdığı açıq məktubunda iyunun 12-də vəfat edən atasının ölümündə birbaşa Azərbaycan səhiyyəsinin günahkar saylb.
O, başlarına gətirilənləri xronoloji ardıcıllıqla aşağıdakı formada sadalayıb:
“Rəvanə Əliyeva (TƏBİB-in mətbuat xidmətinin rəhbəri - red.), mən 2 gün öncə atamı itirmişəm, özümə söz vermişdim ki, 40 gün susub, yasımı saxlayacağam. Amma sizin insanları qınayan, alçaldan postunuz imkan vermədi ki, sakitcə yasımızı tutaq. Mən TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlıya açıq məktub yazıram.
Məktub ictimai qaydada olacaq və media istifadə edə bilər. Mənə cavab-zad yazmayın, sizdən gözləntim yoxdur. Bizim sizinlə şəxsi yazışmamız olub, doğrusu mən yazmışam, siz də ya oxumusunuz, ya da oxumamısınız. Qətiyyən, mənə cavab yazmayın! QƏTİYYƏN!
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlıya
AÇIQ MƏKTUB

SEYMUR KAZIMOV
Hörmətli Ramin Bayramlı, mən, Seymur Kazımov jurnalist olaraq sizə suallardan ibarət quru informasiya sorğusu göndərə bilərdim. Amma qərara gəldim ki, orta statistik azərbaycanlı kimi həm də suallardan ibarət məktub ünvanlayım.
Azərbaycanda səhiyyənin vəziyyəti hamıya məlumdur, hətta bu sistemi tərif edən “zəhmətkeş” məktubları yazanlara da. Amma mən bizim səhiyyəmizin, konkret olaraq, sizin rəhbəri olduğunuz TƏBİB-in insanlara olan biganəliyindən yazmaq istəyirəm. Azərbaycan səhiyyəsinin növbəti qurbanı mənim atam oldu. 10 günün içərisində qızdırmadan əziyyət çəkən atama normal tibbi xidmət göstərilmədi. Mən sadalayım, siz oxuyun.
Birincisi, aidiyyəti üzrə qeydiyyatda olduğu Xırdalan Təcili Tibbi Yardıma zəng edilir. Telefonun o tərəfindəki qız “qızdırma” sözünü eşidən kimi, “yox, yox, yox, qızdırmadırsa, biz gəlmirik, TƏBİB-in qaynar xəttinə zəng edin” deyir. Heç məsələyə axıradək qulaq asmır.
İkincisi, zəng edirik TƏBİB-in qaynar xəttinə. Cavab vermir. Dəfələrlə zəng edirik. Hətta eyni anda bir neçə telefonla zəng edirik. Nəhayət, cavab verən tapılır. Buna da qızdırma sözünü deyirsən. Test olub-olmadığını soruşur. “Yox” cavabını veririk. Mərkəzə məlumat verəcəyini, gəlib test götürəcəklərini deyir. Saatlar, günlər keçir, gəlmirlər.
Üçüncüsü, qızdırma qalxır, temperatur 38-i keçir, bir də zəng edirsən. Bu dəfə birbaşa mərkəzə zəng edirsən. Mütləq test götürməli olduğunu deyirlər, gözləyirsən, gələn yoxdur.
Dördüncüsü, gözləyirik, gələn olmur. Özümüz müdaxilə etmək məcburiyyətində qalırıq. İynə-dərman edilir. Budur, saatlar sonra həkim gəlir. Gəlir, qızdırmadan qıvrılan, yanan adama baxır, baxır, baxır…dimedrol-analgin vurur və gedir.
Beşincisi, qızdırma şiddətlənir, bu dəfə məcbur qalan xəstə məhz o vəziyyətdə, bəli, o vəziyyətdə öz ayağı ilə rentgenə gedir, ikitərəfli ağciyər pnevmoniyası göstərilir.
Altıncısı, qızdırma davam edir, bir gündə dava-qırğından sonra 2 həkim gəlir, müxtəlif saatlarda hər ikisi yenə baxır, baxır və dimedrol-analgin vururlar və gedirlər.
Siyahını rəqəmlərsiz davam edirəm. Atam şəkərdən əziyyət çəkib, amma öldüyü gündən bir gün öncə istisna olmaqla, şəkərin dozasının artması halları yaşanmayıb. Ölümündən 4 gün öncə nəhayət, test götürülür. Test götürən adamlar da onun vəziyyətini, hansı əzab-əziyyətlərə qatlaşdığını da görürlər. O vəziyyətdə qoyub gedirlər.Son 4 gün qızdırma artıq 39-a doğru irəliləyir. Şəkər qalxıb 360-a.
Bu dəfə Xırdalandakı təcili yardıma zəng olunur, deyirlər ki, testin cavabını gözləmək lazımdır, izah edəndə ki, “adam rəsmən ölür, testin cavabını gözləyənədək müdaxilə etmək gərəkdir”, bu dəfə eşitdiyimiz cavab çox “maraqlı” olur: “Bizə virusdan qorunmaq üçün paltar verilməyib”.
Bakıdakı mərkəzə zəng edirsən, onlar da testin cavabını soruşurlar. Yenə eyni vəziyyət, izah edirsən, başa salırsan ki, adam ölür..yardım edin. Həkim gəlir, yox, bu dəfə gəlmir, zəng edir və deyir, “biz onsuz da onu heç yerə aparası deyilik, gəlib dimedrol-analgin vurub gedəcəyik. Gələk?” Bəli, məhz elə bu cür də deyir.
Çatırıq öldüyü günə, iyunun 12-ə. Səhər saatlarında qızdırma və şəkər paralel irəliləyir. Bakıya zəng, dava-qırğınla bir həkim gəlir. Xəstənin vəziyyətini gözləri ilə görür, “mənə desinlər aparım, testin cavabı olmadan apara bilmərik” kimi söhbətlər edir. Ona “görmürsünüz, adam ölür axı, bir şey edin” deyəndə də, başlayır özünü tərifləməyə, “mən 30 ilin həkimiyəm-filan”. Nə isə, bir dimedrol-analgin də bu vurur və gedir, iki saatdan sonra gələcəyini deyir.
Günortaya doğru vəziyyət kəskinləşir, şəxsi maşında “SEMAŞKO”ya gətirilir. Orada rentgen edirlər və yerləşdirirlər reanimasiyaya.
Günortadan bir qədər keçdikdən sonra xəstəxanadan zəng gəlir ki, pasiyentinizi götürün, sağ qalacağına ümid yoxdur. Soruşanda ki, “ikitərəfli pnevmoniyalı xəstədir, onu hara aparaq, heç testin nəticəsi də yoxdur”, cavab verilir ki, “gəlin, götürün”.
Gedirik “götürməyə” və qohumlardan biri zəng edir, “tələsmə, atan keçindi, gəl morqun qarşısına”.
Ölümündən 2 saat sonra artıq işlətməyəcəyi nömrəsinə, “neqativ” mesajı gəlir.
Bu, bizim ailəmizin 10 gün ərzində atamla bağlı çəkdiyi əziyyətin qısa məzmunudur.
Daha uzun yazıb “qiymətli” vaxtınızı almaq istəmirəm. İndi isə keçirəm suallara: bu sualları müstəqil media və jurnalistlərin buraxılmadığı, operativ qərargahın birfinqində eşitməyəksiniz.
Oxuyun:
1. Azərbaycanda koronavirusdan başqa xəstəliyi olanlar yoxdur, yoxsa, başqa dərdi olanlar xəstəxanalarda müalicə ala bilməz? Məgər, qızdırma ancaq COVID-19 əlamətidir?
2. Həkimləriniz tez-tez deyir, elə operativ qərargahda da dedilər ki, xəstəxanalarda yer yoxdur. Mən də soruşuram, xəstəxanaların dolması mənim atamın günahı idi? Yoxsa, operativ qərargahın məsuliyyətsiz qərarlarında onun da imzası var?
3. “Xəstəxanada niyə yer yoxdur? məsələsinə”. Birdən-birə bütün obyektlərin açılması, insanların sərhədsiz küçələrə axışması qərarını kim verdi?
4. Operativ qərargahın tibbi heyəti kimlərdən təşkil olunub, onların adları və vəzifələri bu günədək niyə açıqlanmır, axı, xəstəxanaların dolmasına səbəb məhz bu şəxslərin aldıqları məntiqsiz qərarlardır.
5. İkitərəfli pnevmoniya, 39 qızdırma, 360 dozalı şəkər xəstəsinə “testinizin cavabı pozitiv olsa, sizi xəstəxanaya yerləşdirəcəyik, neqativ olsa ev şəraitində müalicə olun” demək göstərişini kim verib, siz? Bu qərara gəlmək hansı beyinin məhsuludur?
6. Testin cavabı niyə 3 gün ərzində çıxır? Niyə ən geci 1 saat ərzində cavabı məlum olan testlər gətirilmir ölkəyə? İnsanlar niyə 3 gün ölümlə üz-üzə qalmalıdır? Korona fonduna milyonlar yığılıb, nə üçün onlar xərclənmir? Vəziyyət getdikcə gərginləşir, dünya açılıma gedir, Azərbaycan qapanır. Nəyi gözləyirsiniz?
7. “SEMAŞKO”da morqun qarşısında yaxınlarını itirmiş insanlarla söhbət zamanı məlum oldu ki, demək olar ki, əksəriyyətin qohumu pnevmoniyadan əziyyət çəkirmiş. Pnevmoniya koronavirusun əsas simtopmlarından biri olsa da, onu virus hesab etmirsiniz, çünki cavabı 3-4 gündən sonra məlum olan test neqativ göstərir. Sizcə, pnevmoniyanın sayı niyə belə artıb? İndi yay fəslidir. Bu fəsildə onların hamısının ciyərlərinə soyuq dəyib? Ötən il nə qədər olub, yayda pnevmoniyadan ölənlərin sayı?
Bilirəm, tez-tez Azərbaycanı bəzi ölkələrlə müqayisə edirlər - İtaliya, İspaniya, Fransa, ABŞ… “burada insanlar qırılırdı, amma bizdə vəziyyət daha yaxşı idi”. Bəli, yaxşı idi, daha deyil. Bu adını sadaladıqlarınız səhvlərdən nəticə çıxardılar, amma Azərbaycan səhv etməyə davam edir. Yoxsa, “vətəndaşlar məsuliyyətsizdir, maska taxmır, spirtdən istifadə etmir, sosial məsafə gözləmir” kimi ədəbiyyata gərək yoxdur. Fərz edək ki, yuxarıdakı ölkələrin durumu pisdir, o zaman mən yaxşı nümunələri də bölüşüm: Almaniya (Operativ qərargahdakı həmkarınız İbrahim Məmmədovun bütün şüurlu jurnalist fəaliyyəti bu dövləti “dağıtmaq”a yönəlmişdi), İsrail, Cənubi Koreya, Çexiya, Sloveniya, Türkiyə və Gürcüstan. Məncə, sonuncunun üstündə ayrıca durmağa ehtiyac yoxdur. Onların nefti, qazı, peyki yoxdur. Ərazisi bizdən az, əhalisi də az, büdcəsi də. Orada gündəlik yoluxma sayı əsasən 1-5 arasında dəyişir. Bizdə isə 300-ü keçib. Bu arada, onlar da müharibə şəraitindədir.
Əlqərəz, gəlirəm lap əvvələ, yuxarıda sadaladığım halları və yaşadıqlarımı əsas gətirərək tam əminliklə deyə bilərəm ki, mənim atam yarıtmaz səhiyyənin və pandemiya dövründə bir qrup məsuliyyətsizin verdiyi məntiqsiz qərarların qurbanı oldu. Əmin olun ki, bu, yalnız mənim atamın vəziyyəti deyil. Sosial şəbəkələrdə bununla bağlı onlarla, bəlkə də yüzlərlə yazılar görə bilərsiniz.
Odur ki, səsləndirdiyim fikirlərə və suallara cavabı TƏBİB-in əməkdaşlarından, şöbə müdirlərindən deyil, məhz Ramin Bayramlıdan tələb edirəm. Digərlərinin imzası ilə veriləcək cavablara ümumiyyətlə baxmayacağam”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
TFF Okan Buruka 1, Uqoçukvuya isə 2 oyunluq cəzanı təsdiqlədi
Bugün, 20:12 İDMAN
-
Mərkəzi Hakimlər Komitəsinin sədrinin səs yazısı yayıldı
Bugün, 19:53 İDMAN
-
"Beşiktaş" "Kocaelispor" matçına hazırlaşır
Bugün, 19:42 İDMAN
-
"Olimpik Marsel" gənc oyunçusunun müqaviləsini uzadıb
Bugün, 19:24 İDMAN
-
Ferran Torres zədə səbəbindən İspaniya millisindən çıxarılıb
Bugün, 18:52 İDMAN
-
Avropa Trampın təhdidinə boyun əydi: 50 milyon barel dizel ehtiyatı satışa çıxarıldı
Bugün, 18:44 İQTİSADİYYAT
-
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTOLAR
Bugün, 18:28 CƏMİYYƏT
-
Qana milli komandası baş məşqçisi ilə yollarını ayırdı
Bugün, 18:17 İDMAN
-
"Türkiyə gözəli" indi Qocalar evində yaşayır: "Kaş ki, o günlər olaydı..." - FOTOLAR
Bugün, 18:09 MƏDƏNİYYƏT
-
"Musa Musayev DSK sədridir, o, partiyada necə vəzifə tuta bilərdi ki?" - Sabiq deputatla bağlı yayılan xəbər yalan çıxdı
Bugün, 18:01 SİYASƏT
-
122 metr hündürlüyündə saray saldı: helikopter dayanacağı və... - Ancaq köçmədən üzərinə həbs qoyuldu + FOTOLAR
Bugün, 17:49 DÜNYA
-
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
Bugün, 17:47 SİYASƏT
-
Siqaret qaçaqmalçılığında təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıb
Bugün, 17:45 KRİMİNAL
-
82 yaşlı Hacıbala Abutalıbov suallardan qaçdı - VİDEO
Bugün, 17:24 SİYASƏT
-
Sahibkarlar və şirkətlər üçün KSM üzrə seminarlar başa çatıb - Biznes nümayəndələrinin KSM sahəsindəki real ehtiyacları və təklifləri qeydə alınıb (FOTOLAR)
Bugün, 17:09 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İlham Əliyevin yeni mesajlarından çıxan nəticələr... - TƏHLİL
Bugün, 16:53 SİYASƏT
-
Vasif Talıbov və keçmiş deputatlara etimad göstərilmədi - YAP-ın İdarə Heyəti və Təftiş Komissiyasının yeni tərkibi bəlli oldu + SİYAHI
Bugün, 16:49 SİYASƏT
-
SAHİL BABAYEVİN I MÜAVNİ YENİ VƏZİFƏYƏ SEÇİLDİ
Bugün, 16:45 İQTİSADİYYAT
-
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
Bugün, 16:19 MƏDƏNİYYƏT
-
Bölgələrə yağış yağır
Bugün, 16:15 GÜNDƏM
-
PREZİDENT YAP-ın QURULTAYINDA SƏRT MESAJLAR VERDİ: "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - "Özümüzü ideoloji təxribatlardan qorumalıyıq" + FOTOLAR (YENİLƏNİR)
Bugün, 16:03 GÜNDƏM
-
"Aqrar sahə haqqında" layihədə nələr olacaq? - Prezident İlham Əliyevin təşəbbüsü ilə fəsil, 28 maddədən ibarət qanun hazırlanıb (YENİLƏNİB)
Bugün, 15:57 İQTİSADİYYAT
-
Prorektor vəzifədən çıxarıldı, yerinə professor gətirildi
Bugün, 15:46 CƏMİYYƏT
-
Fərid Nadirov müşavir təyin olundu
Bugün, 15:33 İQTİSADİYYAT
-
Sabiq nazir "Şərəf" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bugün, 15:31 GÜNDƏM
-
İran İraqı iki ölkə arasında uçuşları bərpa etməyə çağırdı
Bugün, 15:14 DÜNYA
-
Deputat: "Pensiyalarn növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək"
Bugün, 15:06 İQTİSADİYYAT
-
"Öz sidiyimizi içdik, ağac qabığı yedik" - Əsir götürülmüş rus əsgərləri elə etiraflar elədi ki...
Bugün, 14:49 GÜNDƏM
-
PUTİN "ƏN GÜCLÜ SİLAHLAR BİZDƏDİR" DEDİ, QƏRBİ TƏHDİD ETDİ: "Əgər hücum etsəniz, dərhal sizi çox ağır şəkildə vuracağıq"
Bugün, 14:25 GÜNDƏM
-
AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır
Bugün, 14:19 PRESS
-
Mərkəzi Bankın Baş direktor vəzifəsinə təyinat olub
Bugün, 14:06 İQTİSADİYYAT
-
Marneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq doğub - Cinayət işi açıldı
Bugün, 13:57 CƏMİYYƏT
-
Sumqayıtda məktəbdə şagirdlər zəhərlənib - AÇIQLAMALAR (YENİLƏNİB)
Bugün, 13:37 CƏMİYYƏT