"Trabzonspor"da zədəli oyunçuların sayı çoxalıb - Kamerunlu qolkiper də sıradan çıxıb

img

04-11-2025 [19:11]


"Trabzonspor"da zədəli oyunçuların sayı çoxalıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qara dəniz komandası "Alanyaspor"la oyun hazırlığında daha bir gözlənilməz itkiylə qarşılaşıb.

Məlumata görə, klubun "Manşester yunayted"dən transfer etdiyi kamerunlu qapıçı Andre Onana da məşqdə zədələnib: "O, sağ topuğundakı ağrı səbəbindən komanda ilə məşqi yarımçıq dayandırıb. Həftə sonu matça çıxıb-çıxa bilməyəcəyi o saatda bəlli olacaq".

Məlumat üçün bildirək ki, "Trabzonspor"un oyunçuları Nvakaeme, Salih Malkaçoğlu, Saviç və Onuralp Çevikkan da zədəlidirlər.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA