Rasim Balayev qalmaqllı çıxışdan danışdı: “Bircə onu bilirəm ki...”
05-11-2025 [14:17]
Tanınmış rejissor Tahir Tahirov Azərbaycan Respublikasının Kino Agentliyini (ARKA) tənqid edib.
Sosial şəbəkə hesabında paylaşdığı qeydlərində adıçəkilən qurumu qeyri-obyektivlikdə suçlayıb:
“Oktyabrın 31-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) 2025-ci il üzrə "Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin nəticələrinə dair Apellyasiya Komissiyasının yekun iclası keçirilib.
Bu iclas bir çox kino ictimaiyyəti üçün maraqla gözlənilirdi. Çünki bir sıra studiyalar və yaradıcı qruplar müsabiqənin nəticələri ilə razılaşmayaraq qərarlara apelyasiya şikayəti veriblər.Onlar ümid edirdilər ki, bu mərhələdə ən azı dinləniləcək, arqumentlərini izah etmək imkanı qazanacaqlar.
Lakin maraqlı və eyni zamanda narahatedici məqam odur ki, apelyasiya verən şirkət nümayəndələri həmin iclasa dəvət olunmayıblar. Yəni qərarların yenidən nəzərdən keçirilməsi prosesi onların iştirakı olmadan baş tutub".
Tahir Tahirov vurğulayıb ki, bu, suallar doğurur: “Əgər Apellyasiya Komissiyasının məqsədi şikayətlərin ədalətli və şəffaf şəkildə araşdırılmasıdırsa, onda şikayətçilər niyə dinlənilmir? Müzakirə qapalı keçirilirsə, obyektivliyin meyarı necə müəyyən olunur? Əgər bu proses "gizli iclas" prinsipi ilə aparılırsa, o zaman ictimai və peşəkar nəzarət mexanizmi haradadır? Əgər dövlətin dəstək mexanizmi şəffaf olmasa, əgər yaradıcılar dinlənilməsə, o zaman ədalətli rəqabətdən və inkişafdan danışmaq çətindir. Dövlətin mədəniyyətə və kinoya dəstəyi böyük və dəyərlidir. Amma bu dəstək şəffaflıq və ədalət prinsipləri ilə müşayiət olunmadıqca, onun təsiri cəmiyyət tərəfindən qəbul edilməyəcək".
Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Tahir Tahirovun nə dediyini dəqiq bilmir: “Gözləyək, işə başlanılsın, sonra bu barədə söhbət edək. Bu, elə bir dövrdür ki, hələ heç nə əldə etmək olmaz. Yəni prosesə belə başlayırlar. Başlasınlar, görək, nəticə nə olur. Ondan sonra söz demək olar. Dəqiq bilmirəm, Tahir Tahirov nə deyib, nə deməyib. Bircə onu bilirəm ki, hələ tezdir. Gözləyək, bunun nəticəsi ortaya çıxsın, camaat işə başlasın. Ondan sonra mövzunu müzakirə etmək olar”.
Əli Əsədov yeni qərar imzalayıb
Vergi Məcəlləsinə dəyişikliklər olunub
AYNA-nın iki şirlkətə yazdığı cərimələr silinib - Məhkəmə tərəfindən
2026-cı ilin dövlət büdcəsi təsdiqləndi - Gəlir və xərclər
Sabunçuda yaşayış evində partlayış baş verib
ABŞ 8 min tələbənin vizasını ləğv edib - Amerika səfirliyi İtaliya səfirliyi kimi azərbaycanlılara problem yaradacaq, yoxsa...
DİN-dən daha bir xəbərdarlıq: "Bank kartlarına kiber üsullarla müdaxilə halları var"
Meymunçiçək virusunun yeni bir ştammı ortaya çıxdı - Necə yayılır?
Üç bürcə "yaşıl işıq" yanacaq
Kəmaləddin Heydərov polkovnik-leytenantı vəzifəyə təyin edib
İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə belə reaksiya verdi: "İndi evə gəlmişəm..."
Məşhur müğənni imicini dəyişdi - FOTO
Azərbaycan nefti 66 dollara satılır
Abşeronda qəzada 3 nəfər ölüb - Cinayət işi açıldı
"Sumqayıta belə dayanacaq yaraşarmı, ayıb deyil?!" - Dərə sakinləri şikayətlənir + FOTOLAR
"Liverpul"da baş məşqçi ilə hücumçu arasında gərginlik böyüyür - Salah heyətə daxil edilməyib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə və Macarıstan arasında 16 müqavilə imzalandı
Azərbaycan və Slovakiya prezidentləri görüşdü, mühüm mesajlar verildi - FOTOLAR (Yenilənib)
Prezident Bratislavada Devin qəsrində olub - FOTO
İsrail Qəzzanı yenidən vurub - Ölənlər var
Macarıstan Baş naziri: "Türklər bizim kimidir, bilirlər ki..."
İlham Əliyev Slovakiyada - FOTOLAR (Yenilənib)
Çempionlar Liqası: "Qalatasaray" "Monoka" ilə "döyüş"ə gedib
Prokurorluqdan əməliyyat - DSX-nin kapitanı həbs edildi
Dövlət qulluğu ilə bağlı yeni əmr imzalanıb
Baş nazir daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Çempionlar Liqası: hansı oyun hansı kanalda? - SİYAHI
Əli Əsədov onlara vəzifə verdi - Dəyişiklik
Müğənni Dəniz Əsədovanın məhkəməsi başlayır - DETALLAR
"Samsunspor"un oyunçusunun maşını belə yandı - FOTOLAR
Sumqayıtda kirayə məznillər satışa çıxdı - Aylıq 347 manatdan
Federasiya prezidenti tutuldu - 4 milyonluq qalmaqal + TƏFƏRRÜAT
Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!
Türkiyə futbolunda qumar: 37 şübhəli məhkəməyə sövq edldi
"Fənərbağça"da daha bir oyunçu heyətdən kənarlaşdırılıb
Antaliyada ard-arda zəlzələ - Professordan xəbərdarlıq