Çağdaş Atan "Konyaspor"un baş məqçisi təyin olundu: "Qürurluyam"

img

05-11-2025 [10:39]


Türkiyə super liqasında ön sralarda olan "Konyaspor" klubu istefaya göndərdiyi baş məqçinin yerinə alternativ tapıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyinin prinsipial razılığa gəldiyi təcrübəli baş məşqçi Çağdaş Atan artıq müqaviləyə imza atmaq üçün Konyaya gəlib.

Konya Hava Limanında jurnalistlərə açıqlama verən Çağdaş Atan belə bir klubla anlaşdığı üçün qürur duyduğunu deyib: "Bu mənzərəni yaşadığım üçün çox qürur duyuram. Bundan sonra yeganə məqsədim buraya gələn insanlara, "Konyaspor"un fanatları və rəhbərliyinə layiq olduqları günləri yaşatmaqdır. İnşallah, hamımız qürurlu günlərimizi birlikdə yaşayacağıq."

45 yaşlı məşqçi ilə iki illik müqavilə imzalanacağı gözlənilir.

Fərid ASLAN
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA