Azərbaycanlı kriminal avtoritetlərə qarşı əməliyyat: biri öldürülüb, digəri... - Xərackəsmə, "razborka", pul yükləmə...
05-11-2025 [11:56]
Gürcüstanda kriminal qruplarla əlaqəli 34 nəfər saxlanılıb, xüsusi əməliyyatda polis əməkdaşı yaralanıb.
Mia.az Report-a istinadla xəbər verir ki, beş cinayət işi üzrə aparılan genişmiqyaslı əməliyyat çərçivəsində saxlanılan şəxslərə qarşı "cinayətkarlar aləminə üzv olmaq", "kriminal aləmin fəaliyyətinə dəstək vermək" və "cinayətkar aləmin üzvünə müraciət etmək" ittihamları irəli sürülüb.
Onlardan bir neçəsinə qiyabi ittiham elan olunub.
Əməliyyat zamanı Laqodexi rayonunun Qabal kəndində saxlanılmağa cəhd edilən 1973-cü il təvəllüdlü Mirzə Əliyev polisə silahlı müqavimət göstərib. O, xüsusi təyinatlılara atəş açıb, nəticədə əməkdaşlardan biri döş qəfəsindən ağır yaralanıb. Polis cavab atəşi ilə Mirzə Əliyevi zərərsizləşdirib.
Nazirliyin açıqlamasında bildirilib ki, saxlanılan şəxslər uzun müddətdir "qanuni oğrular"la əlaqə saxlayır, onlardan təlimat alır və maliyyə mübahisələrinə müdaxilə edərək təhdid və zor tətbiq ediblər. Eyni zamanda, cinayətkar qruplaşma üzvləri tərəfindən "oğru söhbətləri" təşkil olunub, şərtlərə əməl etməyən şəxslər cərimələnib və ölüm ilə hədələnib.
Məlumata görə, əməliyyat zamanı kriminal avtoritet kimi tanınan Elmuraz Məmmədov da saxlanılanlar arasında olub və prosesdə mühüm rol oynayıb. Axtarışlar zamanı şübhəlilərin evlərindən komputer və mobil telefonlar, narkotik vasitələr, odlu silahlar və böyük məbləğdə pul götürülüb.
İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən qanunsuz silah dövriyyəsi, qəsdən adam öldürməyə cəhd və mütəşəkkil cinayətkarlıq ittihamları ilə istintaq aparılır.
DİN rəhbərliyinin açıqlamasında qeyd olunub ki, əməliyyatlar nəticəsində bir neçə il öncə qeydə alınmış qanunsuz silah dövriyyəsi faktı da ifşa edilib və şübhəlilərdən Davit Çubinidze həbs olunub, Davit Mikadze barəsində isə qiyabi ittiham veriləcək.
"Gürcüstan DİN mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirir və ölkədə cinayət səviyyəsinin tarixi minimuma endirilməsi istiqamətində fəaliyyət göstərəcək", – deyə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib.
Beynəlxalq axtarışda olan iki azərbaycanlı ölkəmizə gətirilib
"Fənərbağça" Adem Yeşilyurtu heyətinə qatır
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının iclasına qatılıb
Sergen Yalçın "Göztepe" matçının heyətini müəyyənləşdirir
Xəzər dənizində zəlzələ olub
Kristjan Asllani: "Mən burada daimi qalmaq istəyirəm"
Kollegiyada iclas: daha iki vəkil cəzalandırıldı
MƏHKƏMƏ RUSLAN EYYUBOV BARƏDƏ YENİ QƏRAR VERDİ
"Liverpul" Maykl Oliseyə elçi düşüb
Tələbə necə direktor təyin edilib? - Agentliyin əmri sual yaradır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Türkiyə Super Liqası: 23-cü həftə matçlarının saatları müəyyən olub
Okan Buruk "Konyaspor" matçının heyətini müəyyənləşdirir
“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib - FOTOLAR
Cavanşir Həsənov Balakəndə dəfn olunub
U-20 millimizə yeni baş məşqçi təyin olunacaq
“Bakcell” və “Peerstack Academy” “The Tech Builders” layihəsinə start verib - FOTOLAR
Bakıda əməliyyat: iki nəfər saxlanıldı
Şəhid Nail Dənziyev dəfn edilib
Yeni sədr keçmiş müavinə vəzifə verdi - AAYDA-da yüksək posta ilk təyinat oldu (FOTO)
Köməkçi deputatın onu döydürmədiyini deyir
Nazir onlara yüksək vəzifə verdi - SİYAHI
Daha bir gömrükçü qandallanıb - Qaçaqmalçılğa görə
Şəhid Azad Cəlilov dəfn edilib
Şəhid Mahir Quliyev dəfn edilib
“Yelo Bank” ASC-də yeni icraçı direktor... - Köhnə komanda Vahid Ələkbərovun bankında əsas gücə çevrilir
Bakı-Laçın müntəzəm avtobus reysi açılır
Sabahın hava proqnozu açıqlanıb
Xocalıya növbəti köç olub
"Kapital Bank"ın İdarə Heyətində dəyişiklik edilib
Şəhid Vüqar Babayevlə vida mərasimi keçirilib
Sabiq deputatdan "Azərişığ”a etiraz: "Abonentlərin 1%-i belə 1 manat tutulmasına razı deyil"
Agentliyin sədr müavini vəzifədən azad olunub
İran rəsmilərinə sanksiyalar tətbiq olunub
Ərəstun Orucluya da hökm oxundu - Məhkəmə prosesi
Pensiya məbləği necə hesablanır?
Orxan Lökbatanlı: "Belə bir adamı Allaha tapşırıram"
"Azərsilah"ın zavodunda qəza olub
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə başlayır
Gimnaziyalarda nöqsanlar aşkarlanıb