"Fənərbağça" Adem Yeşilyurtu heyətinə qatır

img

19-02-2026 [18:24]


"Fənərbağça" "Karşıyaka"nın 19 yaşlı istedadlı oyunçusu Adem Yeşilyurtun transferində sona gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbağça" bu transfer üçün 500 min avro transfer haqqı ödəyəcək.

Müqaviləyə əsasən, "Karşıyaka" futbolçunun növbəti satışından 25 faiz pay alacaq və onun mövsüm sonuna qədər "Karşıyaka"da qalmasında razılığa gəlinib.

Bildirilib ki, oyunçunun İstanbula gələrək rəsmi müqaviləyə imza atması gözlənilir.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA