"Liverpul" Maykl Oliseyə elçi düşüb 

img

19-02-2026 [17:11]


"Liverpul" klubu "Bayern Münhen"in ulduzu Maykl Oliseni transfer etmək istəyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Liverpul" rəhbərliyi gənc cinah hücumçusunun transferi üçün 100 milyon avrodan çox pul verməyə hazırdırlar.

Bildirilib ki, "Mançester Siti" və "Çelsi" kimi rəqiblərin də Oliseni istəməsi "Liverpul"u daha sürətli davranmağa məcbur edir.

Xatırladaq ki, ulduz oyunçu bu mövsüm 34 matça çıxıb 13 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA