Koronavirusun beşiyində həyat normala dönür - Uhan şəhərində karantin rejimi ləğv edilir

img

24-03-2020 [10:30]


Aprelin 8-də Çinin Uhan şəhərində koronavirusla əlaqədar tətbiq olunan karantin rejimi ləğv ediləcək.

“Bloomberg”xəbər verir ki, bütün dünyada koronavirusun sürətlə yayılmasına baxmayaraq, Çində pandemiyanın təsiri əhəmiyyətli dərəcədə azalıb.

Məlumata görə, Uhan sakinlərinə aprelin 8-dən başlayaraq şəhəri tərk etmək icazəsi veriləcək. Buna səbəb daha öncə koronavirusun episentri sayılan Hubey vilayətinin martın 19-da yeni yoluxma hallarının 0-a enməsi barədə məlumat verməsi olub.

Qeyd edək ki, Çin rəhbərliyi Uhan və şəhərətrafı rayonlarda ciddi karantin rejimini yanvarın 23-dən bəri tətbiq edib. Nəticədə 60 milyon sakinin hərəkəti məhdudlaşdırılıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR