İtaliyada koronavirus: son gün ərzində ölkədə 793 nəfər ölüb, 43 minə yaxın isə daşıyıcı var

img

21-03-2020 [22:28]


Son bir gün ərzində İtaliyada koronavirus qurbanlarının sayı rekord həddə çatıb.

TASS xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Məlumata görə, son gün ərzində ölkədə 793 nəfər ölüb, təxminən 5 000 nəfər virusa yoluxub.

Ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borrelli bildirib ki, bu, epidemiyanın başlanğıcından indiyə kimi ölkədə yeni antirekorddur.

“Təəssüf ki, bu gün bizdə 793 ölü var. Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 42 681 nəfər təşkil edir. Ötən günlə müqayisədə virusa yoluxanların sayı 4 871 nəfər artıb. Sağalanların sayı 6 min nəfəri ötdü”, - deyə o, bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR