Bakıda maşından oğurluq edən keçmiş məhkum saxlanıldı

img

19-03-2020 [12:31]


Bakıda avtomobildə oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də rayon ərazisində “Jeep” markalı avtomobildən pul, 6000 manat dəyərində mobil telefon, 1500 manat dəyərində ətir və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nemətov saxlanılıb

Digər xəbərlər
SON XƏBƏRLƏR