Sabiq prezidentin qızına hökm oxundu - Təfərrüat
18-03-2020 [13:48]
Özbəkistanın mərhum birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova barəsində yeni məhkəmə hökmü çıxarılıb.
“Kun.uz” xəbər verir ki, Özbəkistan Ali Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, Daşkənd Şəhər Cinayət İşləri Məhkəməsi G.Kərimova və onun yaratdığı cinayətkar dəstə üzvləri barəsində cinayət işinin araşdırılmasını başa çatdıraraq hökmünü elan edib.
Cinayət işi materiallarını hərtərəfli və dolğun araşdıran məhkəmə müttəhim G.Kərimovanı cinayətkar dəstə təşkil etmək, dələduzluq, mənimsəmə və israf yolu ilə talama, cinayət yolu ilə əldə edilən vəsaitləri leqallaşdırma və s. cinayət əməllərini törətməkdə təqsirkar bilib.
Məhkəmənin hökmü ilə G.Kərimova 13 il 4 ay müddətinə həbs cəzasına məhkum olunub. Cinayət qanunları normalarına uyğun olaraq, bir neçə cinayətlə bağlı cəza təyin edərkən əvvəldən hesablandığına görə cəza müddəti 2015-ci il 21 avqust tarixindən hesablanır.
Dəstənin 4 üzvü 17-20 il müddətinə, biri 3 illik sınaq müddətilə 5 il 3 ay 21 gün həbs cəzasına məhkum ediliblər, daha 2 nəfər isə cinayət məsuliyyəti müddətinin başa çatdığı üçün sərbəst buraxılıb.
Qeyd edək ki, G.Kərimova 2015-ci ilin avqust ayında da dələduzluq, külli miqdarda mənimsəmə, 2 milyard ABŞ dollarını xaricə çıxartmaq kimi iqtisadi cinayətlərdə təqsirkar bilinərək 5 illik həbs cəzasına məhkum edilmişdi.
Daha sonra barəsində xarici valyuta ilə qanunsuz əməliyyatlar, gömrük qanunlarını pozma kimi ittihamlar irəli sürüldüyü G.Kərimova 2017-ci ilin 18 dekabr tarixində 10 il müddətinə həbs cəzasına məhkum edilsə də, 2018-ci il 1 iyul tarixində cəzası 5 il müddətinə azadlığı məhdudlaşdırmaqla əvəzləndi. Lakin sonrakı dövrdə qaydaları pozmaq və vurduğu zərərin ödənməsinə qarşı çıxdığı üçün 2019-cu ildə həbsxanaya qaytarıldı/Report
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR