İsveçrədə koronavirusa yoluxanların sayı 2 700 nəfərə çatıb

img

17-03-2020 [18:45]


İsveçrədə koronavirusa yoluxanların sayı 2 700 nəfərə çatıb.

“RİA Novosti” xəbər verir ki, bunu ölkənin Federal Səhiyyə Ofisi açıqlayıb.

Məlumata görə, ölkə ərazisində 19 nəfər virusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 188400-ə çatıb. Bunların 81 000 nəfəri sağalıb, 7 500 nəfəri isə ölüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA