15 nazir karantinə göndərilib

img

17-03-2020 [14:49]


Polşanın ətraf mühit naziri Mixail Vos koronavirusa yoluxduğunu açıqlayandan sonra 15 nazir karantinə göndərilib.

“Interfax” xəbər verir ki, hökumətin sonuncu iclası martın 10-da keçirilib, 24 nazirdən koronavirusa yoluxanı da daxil olmaqla 15-i iştirak edib.

Baş nazir Mateuş Moravetski sonuncu iclasda olmayıb. Beləliklə, o, karantindən yayına bilib.

Qeyd edək ki, Polşada indiyədək koronavirusa 205 nəfər yoluxub. 5 nəfər infeksiyanın qurbanı olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA