Polşa sərhədlərini bağladı: xaricilərin ölkəyə girişi qadağan edildi
15-03-2020 [10:49]
Polşa hökumətinin bütün dövlətlərlə sərhədləri bağlamaq və xaricilərin ölkəyə səfərini qadağan edən qərarı qüvvəyə minib.
“TASS” xəbər verir ki, yeni növ koronavirusun yayılmasına qarşı yönəlmiş müvafiq əmr yerli vaxtla gecə yarısında qüvvəyə minib.
Xüsusi rejim 24 mart tarixinə qədər davam edəcək. Lakin, ehtiyac yaranacağı təqdirdə xüsusi rejimin müddəti 20 gün, epidemioloji vəziyyətdən asılı olaraq isə bir ay müddətinə uzadıla bilər.
Polşanın Baş naziri Mateuş Moravetski bildirib ki, bu zəruri və yaxşı düşünülmüş profilaktik tədbirdir, çünki hakimiyyət bəzi qonşu ölkələrdə olduğu kimi xəstəliyin kütləvi yayılmasına imkan vermək istəmir.
Ölkənin Daxili İşlər Nazirliyi də qərarı müsbət qarşılayıb: “Əhalinin sağlamlığı üçün ciddi təhlükə yarada biləcək şəxslərin Polşa ərazisinə girişinin qarşısını almaq əsas məsələdir. Bu gündən etibarən yalnız ölkə vətəndaşları, həyat yoldaşı olan xarici vətəndaşlar, Polşa vətəndaşlarının övladları və ya qəyyumluqları altında olanlar, “Polşa kartı”, müvəqqəti və ya daimi yaşama icazəsi, iş icazəsi olan xarici vətəndaşlar, diplomatik korpusun nümayəndələri və ailələrinin üzvləri, habelə malların daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinin sürücüləri sərhədi keçə bilərlər”.
Eyni zamanda, Polşa ilə bütün beynəlxalq dəmiryolu və hava əlaqələri gecə yarısından etibarən dayandırılıb. Ancaq göyərtəsində Polşa vətəndaşları olan çarter reyslər qəbul ediləcək. Artıq ölkəyə yalnız avtobus və ya avtomobil ilə getmək mümkün olacaq.
Sərhədi keçərkən bütün şəxslər anket doldurmalı, yaşayış yerlərini göstərməli və 14 günlük ev karantinində olmalıdırlar. Qanunu pozanlar cinayət məsuliyyətinə cəlb edilə və ya 5 min zlot (2 200 manat) cərimə oluna bilərlər.
Bu andan etibarən evdən çıxma qadağası həm Polşaya gələnlərə, həm də onların ailə üzvlərinə aiddir.Alış-verişə getmək və it gəzdirmək də qadağan edilib. Polşa hökuməti həmin şəxslərə ərzaq çatdıran şirkətlərin xidmətlərindən istifadə etməyi tövsiyə edib. Polşadan çıxmaqla bağlı heç bir çətinlik olmayacaq. Ancaq geri döndükdə, iki həftə karantində qalmaq vacibdir./Report
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR