Beş ölkədə koronavirusa yoluxanların sayı artdı

img

11-03-2020 [13:12]


Belarus, Polşa, Avstriya, İsrail və Pakistanda koronavirus daşıyıcılarının sayı artıb.

Belarusda 2, Polşada 3, Avstriyada 24, İsraildə 6, Pakistanda isə daha 3 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Beləliklə, indiyədək Belarusda 11, Polşada 25, Avstriyada 206, İsraildə 76, Pakistanda isə 19 nəfərdə koronavirus qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 119 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 292-yə çatıb. Bunların 66 582 nəfəri sağalıb, 4 300 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA