XXI əsrdə "Rəqəmli İqtisadiyyat" və internet inovasiyalı ümumi inkişaf modelidir - Təhlil

img

09-03-2020 [20:50]


***

 Əməkdar mühəndis,
AzTU-nun Baş müəllimi.

                                                                                                     ***

Məqalədə əsas məqsəd; iqtisadiyyatın və cəmiyyətin rəqəmləşdirilməsi ilə əlaqəli dördüncü sənaye inqilabı pilləsində rəqəmli iqtisadiyyata keçidin struktur aspektlərini analiz edərək, onların içərisndən ilk növbədə nəzəri və praktik maraq doğuran məsələləri, müasir müəssisələrin (təşkilatların) iş proseslərində rəqəmli platformaların formalaşması kontekstində baş verən əsas dəyişiklikləiri, müasir bazar iqtisadiyyatında yaratdığı yeni imkanları, innovasiyalı dəyişiliklərin xarakterindən aslı şans və risklər nəzərə alınmaqla azad rəqabət qabiliyyətinin təmin edilməsinin qarşılıqlı əlaqəsini, rəqəmli iqtisadiyyat dövrünün mütəxəssislər üçün yaratdığı yeni tələbləri ali təhsil sistemində reallaşdırılması məsələlərini tədqiq etməkdir.

Rəqəmsal iqtisadiyyat nədir?

XX əsrin 80-ci illərində “hər növ audio və video siqnalların” fasiləsiz analoqdan rəqəmli şəkilə çevirən texnologiyaların yaranması və onların geniş tətbiqi nəticəsində informasiya inqilabı başlandı.

Bununla əlaqadar bəşəriyyətin həyat fəaliyyətinin fəlsəfəsi dəyişdi. İqtisadi və sosial sahələrdə iİstehsal və enerji sənayesi deyil, informasiya qiqantları (google, Facebook və s.) diktə etməyə başladı. Dünyada yerindən aslı olmayaraq fərdlər və maşınlar arasında interaktiv rabitə əlaqəıəri genişlənərək informasiya məkanında sərhədsiz qlobal dünyanın yaranmasına münbit şərait yarandı.

Qlobal dəyişikliyin əsas şərtləndirən meyarlar aşağadakılardır:

• Cəmiyyətin fəaliyyətinin bütün sahalərində rəqəmli intelektual texnologiyaları, fərdi kompüterlər və proqram vasitələrindən geniş istifadə;
• İnternetin sürətlə yayılması;
• “İnsanla-insan”, “insanla maşın” və “maşınla-maşın” arası mobil və sabit şəbəkə sistemi ilə etibarlı rabitə əlaqələri.
1995-ci ildə Kanada alimi Don Tapscott tərəfindən “Şəbəkə xüsusiyyətləri” haqqında çıxışında ilk dəfə "Rəqəmsal iqtisadiyyat" anlayışından istifadə etmişdir.

Bu gün rəqəmli iqtisadiyyat cəmiyyətin hər növ fəaliyyətini, o cümlədən iqtisadi, mədəni və sosial sahələrini əhatə edərək, rəqəmli elektron və intelektual texnologiyalarının geniş tətbiqinə əsaslanır.

Rəqəmli iqtisadiyyat müasir dövrdə həyat tərzi olub, iqtisadi və sosial sahənin inkişafı üçün əsasdır. Sadə sözlə, bu gun iş və gündəlik həyatımızı internetsiz (elektron smart texnologiyalarsız) təsəvür etmək mümkün deyil.

Rəqəmli iqtisadiyyatın formalaşması ilə vergidən yayınmalar minimuma enərək büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artır, iqtisadi, ictimai və sosial həyatın bütün shələrində rəqəmli texnologiyaların tətbiqi və tam əhatəsi bir sıra yeni imkanlar yaranır.

Bunula əlaqadar rəqəmli iqtisadiyyat mühitində hüquqi tənzimləmə, təhsil, ümumi infrastrukturun inkişafı ilə elmi tədqiqatların stimullaşdırılması və ölkənin informasiya təhlükəsizliyini təmin etmək prioritet sahəyə çevrilir.
Müasir dövrdə rəqəmli iqtisadiyyatdan kənarda qalmaq olmaz, çünki bu qlobal ümumi dünya iqtisadiyyatının inkişaf modelidir. Kriptovalyutalar və əlaqəli sahələr artıq cəmiyyətin bir çox üzvləri üçün uzaq və anlaşılmaz bir şey deyil.

Vətəndaşların rahat fəaliyyəti üçün hüquq və azadlıqlarına yönəlmiş yeni şəfaf xidmət sahələrinin yaranması inkişaf üçün mühüm amildir.

Ölkəmizdə xidmət sahəsində innovativ texnologiyaların tətbiqində Elektron hökumət, Açıq hökumət, ASAN və bir pəncərə xidmətlərinin geniş yayılması öz uğurlu nəticələrini göstərdi. Artıq zaman göstərdi ki, bu təşəbbüslər vətəndaşlara xidmət səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu.Təxminən 15 il əvvəl bu barədə düşünmək belə xəyal olsa da indi elektron xidmətləri reallıq olub həyatın ayrılmaz bir elementinə çevrilib.

Dünyada rəqəmli iqtisadi inkişaf əhalinin həyat keyfiyyətinin yüksəldilməsinin əsas amili kimi rəqəmli (digital) formada xidmət və istehsal sahələri yaratmaq nəzərdə tutulur. Bu sektorda internet böyük əhəmiyyət daşıyır.

Hal hazırda dünyada innovativ texnologiyalar əsasında dünyada bir sıra yeni xidmət sahələri sürətlə inkişaf edir:

1) Blockchain;
2) Süni intellekt (insanın idrak funksiyalarını imitasiya etmək);
3) Bulud texnologiyalarından istifadə və hesablama;
4) Maşın vasitələri ilə öyrətmək;
5) Neyron şəbəkələri və s.

“blockchain (ingiliscə blockchain, əvvəlcə blok dövrələri ) - müəyyən qaydalara uyğun qurulmuş məlumatları özündə cəmləşdirən blokların ardıcıl bir dövrəsidir. Bloklar arasındakı əlaqə yalnız nömrələnmə ilə deyil, həm də hər bir blokun öz xeş məbləği və əvvəlki blokun xeş cəminin olması ilə təmin edilir. Blokdakı məlumatları dəyişdirmək üçün sonrakı bütün blokları düzəldilməsini tələb edir. Çox vaxt blok dövrələrinin nüsxələri bir-birindən asılı olmayaraq bir neçə kompütedə saxlanılır. Bu, artıq bloklara daxil edilmiş məlumatlara dəyişiklik etməyi son dərəcə çətinləşdirir”.

Hal-hazırda bir çox firmalar fəaliyyətlərini və idarəetməni qismən və ya tamamilə İnternet vasitəsilə həyata keçirir.

Uzaqdan idarə oluna bilən sahibkarlıq və digər subyektlərinin əsas fəaliyyət istiqamətləri aşağadakılardır:

• Planlaşdırma, idarəetmə və nəzarət;
• İşin təhlili;
• Mühasibat və audit;
• Formalaşdırma və hesabat;
• Xidmətlərin göstərilməsi;
• Malların çatdırılması;
• Logistika;
• Marketinq.

İnkişaf etməkdə olan ölkələrin əhalisinin təxminən 50% -i təlim və iş üçün İnternetdən istifadə edir.

Nə üçün internet?

2019-ci ildə İnternetdən istifadə edənlərin sayı 4,021 milyarda çatdı, bunların dörddə biri 2017-2018-ci illərdə internetə ilk dəfə qoşuldular. Ən yüksək artım tempi 20% olmaqla Afrika qitəsində müşahidə olunur. Qətərdə və BƏƏ-də sakinlərin 99% -i gündəlik həyatda İnternetdən istifadə edir. Ölkəmizdə əhalinin 75% -i müxtəlif internet xidmətlərdən və sosial şəbəkələrdən istifadə edir.

Rəqəmli - Virtual iqtisadiyyat və biotexnologiya insanların həyat tərzini əhmiyətli dərəcədə asanlaşdıra bilər.

Məsələn;

1.Həkim məsafədən operativ diaqnoz qoyur və zəruri hallarda xəstənin yerindən asılı olmayaraq onu müalicə edə bilir.
2. Ölkənin hər hansı bir bölgəsinin sakini uzaqdan məsafədən distand təhsil və ya yeni bir peşə öyrənə bilər.
3. Elektron ticarətdə istənilən alıcı internet vasitəsi ilə dünyada mağazalarda mövcud olan özünə aid məhsulu seçib, prosedurlara uyğun ödəniş etməklə həmin məsulu asanlıqla almaq imkanına sahibdir.
4. Eyni zamanda elektron xidmətlərdə göstərilən xidmətin sürəti və keyfiyyəti çox yüksəkdir.
5. Rəqəmli texnologiyanın imkanlarından və rəqəmli avtomatik idarəetmə - robort texnologiyalarından istifadə edən şirkətlərdə məhsuldarlıq artır, xərclər azalır və potensial alıcılar dairəsi genişlənir.
6. Elektron texnologiyalar kənd təsərrüfatı (robotlaşdırma), ekologiya (tullantıların çeşidlənməsi) və kommunal xidmətlər (smart sayğaclar) sahələrində də istifadəsi bu sahlərdə səmərəliliyi dəfələrlə artırır.
7. Kitabxanaların və arxivlərin elektron formata verilməsi yeni bir ənənə yaradacaq. Elektron formada sənədlər, sifarişlər, kitablar, jurnallar və ya fərdi məqalələrdən istifadə imkanları yüksəlir.
8. Rəqəmli texnologiyaların tətbiqi obyektlərin təhlükəsizliyini və mühafizəsini təmin edir.
9. İnternet və müxtəlif smart rəqəmli texnologiyaların (Video kameralar, vedio- auio müşahidələr, smart kartlarla ödəniş sistemi və s.) tətbiqi operativ axtarış əməliyyatlarının həyata keçirilməsinə münbit şərait yaradır və s.

Umumiyyətlə, rəqəmli iqtisadiyyat mühütində “internet əşya”, ağıllı iqtisadiyyat, “Ağıllı Şəhər” və “Ağıllı Kənd” formalaşır.

Rəqəmli və Virtual iqtisadiyyat meylləri

Rəqəmli iqtisadiyyat müasir dünyanın ən vacib məsələsi kimi bu sahədə təcrübə mübadiləsi və yeni texnoloji həll yollarını müzakirə etmək üçün dünyada müxtəlif fəaliyyət sahələrinin rəqəmli texnologiyalar əsasında reallaşdırmasına dair mütamadi forumlar, dəyirmi masalar, konfranslar və sərgilər keçirilir. Belə tədbirlərdə mütəxəssislər innovasiyalı texnologiyaların inkişafı üçün əsas istiqamətləri təşkil edən maliyyə, enerji, turizm və digər sahələrdə rəqəmli iqtisadiyyatın problemləri ilə bağlı öz fikirlərini bölüşürlər.

Bir çox mütəxəsislər rəqəmli iqtisadiyyat mühitinin formalaşması üçün aşağadakıları tövsiyyə edirlər:

1.Kibermühafizə. Müasir dünyada dövlətlər elektron məlumatların qorunmasını təmin etmək üçün hər il çoxlu vəsait xərcləyir. Lakin buna baxmayaraq böyük şirkətlərin, maliyyə və hüquq-mühafizə orqanlarının şəbəkələrini sındıran hakerlər var. Əsas resurs kimi informasiya təhlükəsizliyinin zəifliyi, bir çox mütəxəssis tərəfindən rəqəmli iqtisadiyyata təhdid kimi göstərilir.
2. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması. Dövlət və bələdiyyə orqanları rəqəmli texnologiyaların imkanlarından istifadə edərək əhali ilə qarşılıqlı əlaqə yaradır. Bir həkimdən internet vasitəsi ilə məsləhət almaq, qeyd şöbəsinə ərizə yazmaq və ya uşaq bağçasına elektron varianta növbə və s. vətəndaşların fərdi məlumatların daxil etməsi ilə icra olunur. Həmçinin bu məlumatlar icra orqanları üçün əlverişlidir. Bir şəxsin portalda birdəfəlik qeydiyyatı ona elektron formada göstərilən bütün dövlət xidmətlərindən istifadə imkanı verir.
3. Sənayedə yeni texnoloji həllərin tətbiqi. Rəqəmli yeni texnologiyaların tətbiqini əhatə edir; virtual modelləşdirmə, robototexnika, böyük məlumatlar, proqnozlaşdırıcı analitika, əşyaların İnterneti və s. Bu, məhsuldarlığı artıraraq əmək xərclərini azaldacaqdır. Virtual iqtisadiyyat insan həyatının bütün sahələrinə nüfuz edir. Azərbaycanda “Smart xidmət” və ya intelektual idarəetmə nəqliyyat, rabitə,təhsil və s sahələrdə qismən də olsa tətbiq edilir.

İnkişaf etmiş ölkələrdə “Rəqəmli İqtisadiyyat”

Texnoloji inkişafa baxmayaraq, rəqəmli iqtisadiyyatın payı qlobal dünyada ÜDM-nin yalnız 22% -ni təşkil edir. 2018-ci ildə Çin inkişaf etmiş cryptovalyta bazarı sayəsində ən yaxşı nəticəni - ÜDM-in 30% -ni əldə etdi. Böyük Britaniya bu göstəricini 15% -ə çatdırmağı bacardı. İnkişaf etmiş ölkələr üçün virtual iqtisadiyyatın milli ÜDM-də payının orta dəyəri 5.0-5.5% -dir. Rəqəmli texnoloji dəyişikliklərin qaçılmazlığını və əhəmiyyətini əsas tutan bir çox ölkələr inkişaf istiqamətlərini iqtisadiyyatın və dövlət sektorunun rəqəmli texnologiyalar bazasında qurulmasına yönəldir. Rəqəmli iqtisadiyyat sahəsində qeyri rəsmi "yarış"a ABŞ və Çin liderlik edir. Rəqəmi iqtisadiyyatın inkişafı proqramları onlardan sonra Böyük Britaniya, Avropa ölkələri, Avstraliya və digərləri tərəfindən uğurla həyata keçirilir.

İnkişaf etmiş ölkələrdə rəqəmli iqtisadiyyat sahəsində qəbul olunmuş proqramların əsas istiqamətləri aşağadakılardır:

* İnfrastruktur;
* İnsan kapitalı;
* İqtisadi sektorlar;
* Dövlət xidmətləri.

Qəbul olunan konsepsiyalar müxtəlif ölkələrdə müxtəlifdir. Məsələn, Danimarkada, proqram istehsal seqmentini əhatə emir, lakin rəqəmli pasporta sahib olan Danimarkalı yalnız İnternet vasitəsi ilə hakimiyyət səlahiyyətliləri ilə əlaqə qura bilər. Kanadada isə əksinə, elektron dövlət xidmətləri göstərilməsi prioritet deyil. Çin milli layihəsi "ağıllı millət" yeni texnologiyalara universal bir keçidi əhatə edir.2015-ci ildən bəri ölkədə iqtisadiyyat, hakimiyyət və cəmiyyət tədricən rəqəmləşdirilir.

Bu məqalədə ölkəmizdə rəqəmli iqtisadiyat dünyanın əksər ölkələrin təcrübəsinə əsaslanaraq aşağadakı istiqamətlərin inkişafını nəzərdə tutur:

* İnsan kapitalı;
* Rahat yaşayış mühiti;
* İqtisadi artım və tərəqqi.

Rəqəmli iqtisadiyyatın üstün və çatışmayan cəhədləri

Rəqəmli iqtisadiyyatın mahiyyəti aidiyyəti üzrə məlumatların emalı prosesini sürətləndirməklə istehsal və xidmət sahələrində rəqəmli avtomatik idarəetmə sistemlərinin (robortların) tətbiqi ilə insanlar üçün rahat komfort həyat şəraiti yratmaqdır.

Rəqəmli iqtisadiyyatın üstünlükləri

• Əmək məhsuldarlığının artması;
• Məhsulun maya dəyərinin azaldılması;
• Yeni innovasiyalı iş yerlərinin yaradılması;
• Elektron pula keçid;
• Bürokratiyanın və korrupsiyanın minimuma endirilməsi;
• Əməliyyatların “şəffaflığı”;
• "İnsan" amilinin ləğvi - səhv ehtimalı, prosesə duyğuların və fiziki vəziyyətin təsirinin olmaması;
• insan azadlığının və sərbəstliyin inkişafı.

Rəqəmli iqtisadiyyat qiymətlərə birbaşa təsir göstərir, mal və xidmətlərin dəyərini azaldır. Buna baxmayaraq, əslində rəqəmli texnologiyaların tətbiqi bir sıra təhlükələr yaradır.

Rəqəmli iqtisadiyyatının çatışmamazlıqları

*Məlumatın sızması riski;
• Dələduzların sayının artması. İnsanların davranışlarına nəzarət etmək üçün onların şəxsi məlumatlarından qeyri qanuni istifadəsi;
• Bir sıra ənənəvi peşə və səriştələrin itməsi;
• İstehsalın robotlaşması səbəbindən işçilərin ixtisarı;
• Yeni texnologiyalardan istifadəsində mövcud işçilərin iş bacarıqlarının olmaması;
• Bəzi təbəqə vətəndaşlarının praktikada yeni texnologiyalardan istifadə etmək istəməmələri və ya edə bilməmələri;
• Uşaqlarda sistemli "maşın" düşüncəsinin formalaşması.

Uşaqlar ünsiyyət qabiliyyətini itirir. Ünsiyyət problemi yaranır. Və bu böyük bir mənfi cəhətdir. Bundan əlavə, bu gün məktəblərdə, orta və ali təhsil müəssisələrində təhsil sistemində dəyişiklik tələb olunur. Gələcəkdə müəllim gənc nəsil üçün bilik mənbəyi deyil, tələbələr üçün naviqator və motivator rolunu oynayacaq.

Normativ tənzimləmə

Ölkəmizdə rəqəmli iqtisadiyatın qurulması ilə əlaqadar qanuni, hüquqi, normativ tənzimləməni həyata keçiriləsinə təlabat var. XXI əsrdə dünyada informasiya texnologiyalarının intensiv inkişafı və geniş yayılması dövründə İnternet şəbəkə sisteminin istifadəsi ilə əlaqədar yaranan hüquq münasibətlərini tənzimləyən hüquqi baza və normaların formalaşması prosesi davam edir. Bundan əlavə, iqtisadi əlaqələrin rəqəmləşdirilməsi mülki dövriyyənin və xarici iqtisadi münasibətlərin, o cümlədən satınalmalar, müqavilələrin bağlanması, ödənişlər, loqistika və s proseslərin sürətlənməsinə səbəb olur.
İnternet şəbəkəsində münasibətlər toplusu, informasiya bazaları və resurslardan istifadə sərhədsiz olub qlobal xarakterliliyi hüquqi cəhətən tənzimləmədə bir sıra problemlər yaradır; müqavilə tərəflərinin fərqli dövlət vətəndaşlğı, xidmət edən serverin neytral bir məkanda yerləşməsi, o serverin hansı dövlətə aid (məsələn, server kosmosda xüsusi bir peykdə və ya neytral sularda bir gəmidə olduqda) olması və ya məlumat ötürülməsinin yönləndirilməsində dəyişiklik nəzərə alınmaqla, onun ilkin və son mənbəyini müəyyənləşdirməkdə çətinliklər, Veb saytın ərazi üzrə dövlətin öz qanunlarına tabeçiiyi və başqa dövlətin ərazisindən həmin veb saytlara giriş imkanlığı və s.

Bu, həm hüquqi qeyri-müəyyənliyə, həm də ədalətsiz hüquqi nəticələrə səbəb ola bilər. İqtisadi dövriyyənin rəqəmləşdirilməsi, qlobal əməliyyatların həyata keçirilməsi, aidiyyəti üzrə müqavilələrin bağlanması mövcud beynəlxalq hüquq qaydalarına yenidən baxılmalı və təkmilləşdirilməsini tələb edir. Klassik normaları yeni hüquqi münasibətlərə uyğunlaşır, lakin onların nə qədər efektli olduğu sual doğurur. Buna görə internetlə əlaqəli inkişaf etməkdə olan dövlətlərin hüquq sisteminin inkişafı vacib məsələlərdən biridir.

Rəqəmli iqtisadiyyatın müvəffəqiyyətlə həyata keçirilməsi, ekosistemin rəqəmləşdirilməsi üçün tənzimləyici bazanın formalaşmasında biznes qurumları və aidiyəti üzrə hökümət rəsmiləri arasında sıx qarşılıqlı əlaqə tələb edir. Elektron texnologiyalar sahəsində konseptual aparatın daim yenilənməsi ilə əlaqədar olaraq İT şirkətlərinin fəaliyyətini tənzimləyən normaların və qanun layihələrinin (beynəlxalq təcrübəni nəzərə almaqla) hazırlanması vacibdir.

Təşkilatı tənzimləmə

İnkişf etmiş ölkələrin təcrübəsi göstərir ki, rəqəmli iqtisadiyatın tətbiqinin sürətləndirilməsində məhsuliyətli tərəflərin müəyyən olunması mühüm rol oynayır. Bununla əlaqadar İqtisadi İnkişaf və ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları nazirliyin tərkibində “Rəqəmli İqtisadiyyat” sahəsində dövlət siyasətini koordinasiya edən departament və ya şöbə yaradılması vacib məsələlərdən biridir.

Ölkəmizdə Rəqəmli İqtisadiyyat mühitində internetə olan tələblər

Rəqəmsal İqtisadiyyat elektron iqtisadiyatın bütün sahələrini əhatə edir. Artıq ölkədə Dövlət Xidmətləri saytı-Elektron hökümət, ASAN -xidmət, elektron ticarət, elektron ödəmə sistemləri və s. fəaliyyət göstərir, bu da xidmət sahəsində vətəndaşların rahatlığını və şəfaflığı təmin edir. Amma 2025-ci ilə kimi ölkəmizdə ümumi iqtisadiyatın 50%-ni rəqəmli iqtisadiyyat əsasında qurmaq üçün birinci növbədə 2020-ci ildən 2025-ci ilə kimi ölkəmizdə “Rəqəmli İqtisadiyat”ın formalaşması üçün beynəlxalq təcrübəni nəzərə alaraq “Strateji Yol Xəritəsi” hazırlanması ilə telekommunikasiya vəə internet xidmətlərinə olan aşağadakı tələblər həyata keçməlidir:

• 2020 – 2025 –ci illər ölkə əhalisinin 97 faizinə ən azı 100 Mbit / s sürətlə genişzolaqlı İnternet təmin etmək;
• Azərbaycanın bütün yaşayış məntəqələrini WI-FI simsiz internet ilə əhatə etmək;
• 2020-2025-ci illər Azərbaycan universitetləri tərəfindən hər il 12 min nəfər İnformasiya və Telekommunikasiya sahəsi üzrə mütəxəssisləri hazırlamaq;
• 2025-cü ilə qədər Azərbaycanda ən azı yeni 10 yüksək texnoloji istehsalat parkları yaratmaq.

Rəqəmli iqtisadiyyatın əsas inkişaf istiqamətləri

1. Dövlət tənzimlənməsi. Ölkəmizdə rəqəmli iqtisadiyyatın uğurlu inkişafı üçün funksional təşkilati şəraitin və uyğun qanunvericilik bazasının yaradılması.
2. Ölkənin bütün ərazisində müasir yüksək optik və simsiz texnologiyalar əsasında İnformasiya infrastrukturun (İKT) qurulması.
3. Tədqiqat və inkişaf. Yeni texnologiyalar (məhsul) istehsalçılarının və ya azad bazar iştirakçılarının təcrübə mübadiləsi üçün yüksək texnoloji platformalar yaratmaq.
4. Kadrlar və təhsil. E-təhsil.Təhsil müəssələrində praktik problemlərin həlli üçün nəzəriyyənin tətbiqi imkanı ilə rəqəmli texnoloji sahədə bilikləri artırmaq üçün tələb olunan bazanın yaradılması. Rəqəmli iqtisadiyyatın yeniliklərini öyrənmək üçün təhsil müəssisələrində müəllim kimi İKT şirkətlərindən təcrübəli mütəxəssisləri cəlb edilməsi.
5. İnformasiya təhlükəsizliyi. Kiber təhlükəsizliyin təmin edilməsi.
6. Dövlət idarəetməsi. Məmurların kağız işlərindən imtina etməsi, arayışlar və çıxarışların elektron formada verilməsi.
7. Ölkə ərazisində bütün xidmət sahələrinin tam elektronlaşdırılması və elektron xidmətlərin tətbiqi ilə şəfaflığın təmin edilməsi,
8. E-ticarət, ölkə ərazisində nəğd ödənişləri ləğv etməklə bütün ödənişlərin elektron vasitələrlə aparılması.
9. Ağıllı şəhər. İnternet əşya imkanlarından istifadə etməklə parklamanın avtomatlaşdırmağa, su, qaz və enerji təhcizatı və təhlükəsizliyinin idarə edilməsi, pilotsuz sərnişin nəqliyyatı və s.
10. Rəqəmli səhiyyə. Elektron səhiyyə və yüksək rəqəmli texnologiyalardan istifadə edən yeni tibb müəssələrinin formalaşması.

Rəqəmli iqtisadiyyat mühitində informasiya təhlükəsizliyi

Müasir dövrdə N. Rotşildin dediyi kimi, "informasiya sahibi, dünyaya sahibdir."

Bu ideyaya görə bankirin adı maliyyə mühitində məhşurdur.

Hər bir ölkənin informasiya təhlükəsizliyinin əsas prinsipləri aşağadakılardır:

• Yerli texnologiyaların inkişafı;
• Yerli proqram və avadanlıqlarından istifadə;
• Yerli kriptoqrafik standartlarının hazırlanması və tətbiqi və s.

Müəssisə səviyyəsində məlumat təhlükəsizliyi sistemi qurmaq üçün müxtəlif istiqamətlərdən gələn məlumatlar nəzərə alınır.

Bunların arasında:

* İnformasiya mənbələrinin siyahısı;
* Təhlükəsizliyə cavabdeh olanlar,
* İnformasiya mənbələrin idarə edilməsi;
* İnformasiya sistemlərinin qarşılıqlı əlaqəsi;
* İşçilərin informasiya mənbələrinə çıxışı.

Rəqəmli iqtisadiyyatın formalaşması

Rəqəmli iqtisadiyyat istehsal, xidmət və istehlak proseslərinin hamısında üstünlük təşkil edən yeni bir təsərrüfat üsulu olaraq, bütövlükdə iqtisadiyyatın inkişafının əsas bazisini təşkil edir. Rəqəmli iqtisadiyyat maliyyə, sığorta, ticarət, rabitə, tibb, təhsil və s. digər bütün sahələri də əhatə edir. Müasir intelektual texnologiyaları bazar iştirakçılarının birgə kooperasiyası əsasında məsələlərinin həlli üçün yeni əməkdaşlıq yollarının yaranmasına kömək edir.

Rəqəmli iqtisadiyyat iki qrupla təmsil olunur:

1. Elektron sənaye, mikroçiplərin, kompüterlərin, fərdi telekommunikasiya və rabitə cihazlarının, məişət elektron cihazlarının yaradılması ilə məşğul olan şirkətlər.
2. Məlumatların idarə olunması və texnoloji sahədə məlumatların emalı üçün praktiki və metodik xidmətləri göstərən şirkətlər qurupu.

Hal hazırda İnnovativ texnologiyaların inkişafına qoyulan investisiyalar bir başa dövlətin fəaliyyətinin vacib göstəricisinə çevrilib.

Otuz il əvvəl dünyanın ən böyük korporasiyalarının reytinqinə enerji və maşınqayırma nəhəngləri rəhbərlik edirdisə, indi ilk yerləri rəqəmsal iqtisadiyyat sahəsində fəaliyyət göstərən şirkətlər tutur (Google, facebook, Alibaba və s.).

Rəqəmli elektron İqtisadiyyatın kriteriyaları

* Xidmət sahəsindəki məşğulluq göstəricisi (işçilərin sayı ilə bağlı statistikanın aparılmasında çətinlik);
* Məkan ( verilənlərin ötürülmə sürəti və şəbəkə növlərinin əhatə dairəsinə görə ekspertlərin rəyləri fərqlənir);
* İqtisadi (məlumatların emalı ilə əlaqədar işlərin şirkətin fəaliyyətinə təsirinin kifayət qədər öyrənilməməsi səbəbindən tənqidə məruz qalır);
* Texnoloji (yeni texnologiyalar iqtisadi inkişafın lokomativi adlanır, lakin çətinlik elektron texnologiyaların inkişaf pilləsini ölçməkdədir).
* Rəqəmli inkişaf istiqamətində iqtisadiyyatın yenidən qurulması onun yüksək kəmiyyət və keyfiyyət səviyyəsinə çatmasına əsaslanır.
* İnkişafın indiki mərhələsindəki mürəkkəblik məlumatların saxlanması deyil, düzgün idarəetmə qərarları vermək üçün çoxlu miqdarda məlumatların emalıdır.
* İqtisadi proseslərin idarə edilməsində müasir texnologiyaların rolu:
* Qərar qəbulunun avtomatlaşdırılması;
* Makro səviyyədə təsərrüfat subyektlərinin fəaliyyətinin təhlil və proqnozlaşdırma imkanı.

Böyük məlumatlarla işləmək (Big Data) elm və idarəetmə üçün sonsuz imkanlar yaradır. Yaxın gələcəkdə bulud texnologiyaları bölgələrin, dövlətlərin, bütövlükdə cəmiyyətin sosial-iqtisadi inkişafını modelləşdirmək və proqnozlaşdırmaq üçün istifadə ediləcəkdir.

Rəqəmsal İqtisadiyyat üçün kadr və təhsil

Hal-hazırda intelektual avadanlığ, kompüter və proqram vasitələrinə xidmət edən İT (İnformasiya Texnologiyaları) mütəxəssisi baş menejerin sağ əlidir.

Rəqəmli iqtisadiyyatda əsasən informasiya texnologiyaları bazası əsasında qurulduğundan İT mütəxəssislərinə olan təlabat artır. maqistr və bakalavr təhsil səviyyəsində mütəxəsis hazırlığına ən azı üç-beş il vaxt tələb etdiyindən indidən vaxtında bu məsələlər həll olunmasa ciddi fəsadlar yarana bilər.

Ölkəmizdə təhsil sistemində innovativ yeniliklər, ciddi dəyişiklik edilməlidir. Əsas ideya olaraq təhsil sistemini dəyişdirməklə bu sahədə elmi metodloji müəllimlər resurslarını inkişaf etirmək tələb olunur. İnsan resurslarını inkişaf etdirmək üçün təhsilin bütün sahələrində riyaziyyat prioritet təşkil etməklə lahiyədə aşağadakılar nəzərə alınmalıdır:

* İcma qrantları və xidmətləri;
* Təhsil müəssisələrinə subsidiyalar;
* Peşə təhsili.

* Rəqəmli təlim üçün fərdi sertifikatlar;
* Riyaziyyat və kompüter elmləri olimpiya qaliblərinə qrant dəstəyi;
* İnfoqrafika və rəqəmsal həllərdən istifadə edərək vahid bir onlayn xidmətdən istifadə edərək rəqəmsal savadlılıq materiallarının müstəqil öyrənilməsi;
* Məktəblərdə və universitetlərdə tədris metodlarının dəyişdirilməsi, yeni təhsil proqramları, "Rəqəmli İqtisadiyyat" bölməsində "Rəqəmsal İqtisadiyyat üçün kadrlar" kateqoriyasında keyfiyyət etiketi və virtual təlim vasitələrindən istifadə edən təhsil proqramları yaradılmalıdır.

Yaxın gələcəkdə İT texnologiyaları sahəsində bakalavr və maqistr təhsil xərclərinin subsidiyası vacibdir:

*Subsidiya fəaliyyətlərinin siyahısı:
*Riyaziyyat və informatika fənləri üzrə uşaqlar üçün olimpiyadaların keçirilməsi
* Sinifdə rəqəmli tədris materiallarından istifadə (virtual laboratoriyalar, simulyatorlar və s.);
* Ən yaxşı təcrübə və ideyaların monitorinqi və öyrənilməsi üçün mərkəzlərin yaradılması.

Ümumiyyətlə rəqəmli İqtisadiyyatın təhsil sisteminin hərtərəfli inkişafı üçün bir yeni fəaliyyət planının hazırlanması və həyata keçirilməsinə təlabat yaranır.

Bununla əlaqadar Azərbaycan Texniki Universitetində “Rəqəmli İqtisadiyyat” fakültəsi açılması bu sahədə böyük bir töhvə olardı. Rəqəmli iqtisadiyyat sahəsində kadr siyasətini uğurla həyata keçirilməsi məktəb məzunlarına rəqəmli texnologiyalar sahəsində texniki universitetlərində təhsil almağa təşfiq etməklə xalq təsərrüfatının müxtəlif sahələrində İT mütəxəssislərinə gələcəkdə yaranacaq təlabatı ödəməyə imkan verəcəkdir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR