Gürcüstanda Prezident Administrasiyasının fəaliyyəti məhdudlaşdırılıb

img

07-03-2020 [17:17]


Gürcüstanın Prezident Administrasiyasının fəaliyyəti koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə martın 7-dən 16-dək müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə administrasiya məlumat yayıb.

Qeyd olunan dövrdə Orbeliani sarayında rəsmi tədbirlər keçirilməyəcək və vətəndaşların qəbuluna da məhdudiyyətlər tətbiq olunacaq.

Müxtəlif məsələlərlə bağlı Prezident Administrasiyasına müraciət etmək üçün vətəndaşlar “qaynar xətt” və ya rəsmi elektron poçt ünvanı ilə əlaqə saxlaya biləcəklər.

Bu məhdudiyyətlərə baxmayaraq, administrasiya adi rejimdə fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa yoluxma ilə bağlı 12 hal təsdiqlənib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA