Avropa ölkələri Çevik Kiber Qüvvələri yaratdı

img

05-03-2020 [15:55]


Avropa İttifaqının (Aİ) üzvü olan altı ölkə arasında ötən gün Zaqrebdə Aİ-nin Çevik Kiber Qüvvələrinin yaradılmasına dair memorandum imzalanıb.

“Sputnik Lietuva” xəbər verir ki, Litva Müdafiə Nazirliyi bu ölkənin rəhbərlik etdiyi beynəlxalq çevik qrupa həmçinin Estoniya, Polşa, Xorvatiya, Niderland, Rumıniyanın da daxil olduğunu, qrupa rəhbərlik edən ölkənin rotasiya qaydasında hər il dəyişəcəyini açıqlayıb.

Həmçinin bu təşəbbüsə müşahidəçi statusunda Belçika, Fransa, İspaniya, İtaliya, Yunanıstan, Sloveniya və Finlandiya da qoşulublar.

Memoranduma görə, iştirakçı ölkələrdən mülki və hərbi ekspertlər qrupu kiber məkanını müşahidə edərək kiber hücumlarla bağlı çevik tədbirlər görəcək, müvafiq araşdırma aparacaqlar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA