"Vəziyyət ciddidir və getdikcə daha da çətinləşir" - İsveçrədə koronavirusa yoluxanların sayı 54-ə çatıb

img

04-03-2020 [20:48]


İsveçrədə koronavirusa yoluxanların sayı 54-ə çatıb, bunun da 39-u laboratoriya təhlilləri əsasında təsdiqlənib.

Bu barədə ölkənin Federal İctimai Səhiyyə Ofisi açıqlama verib.

Bildirilib ki, ölkədə 100-dək insanın koronavirus testi müsbət nəticə verib.

"Vəziyyət ciddidir və getdikcə daha da çətinləşir", - deyə qurumun nümayəndəsi Daniel Kox mətbuat konfransı zamanı bildirib: "Ölkədə 200-dən artıq sakin karantindədir. Hazırda məktəbləri bağlamaq niyyətində deyilik. Əks təqdirdə, uşaqlar evdə qalaraq virusa yoluxma ehtimalının daha yüksək olduğu yaşlı ailə üzvləri ilə daha çox təmasda olacaqlar".

Mövcud "Epidemiya Aktı"na əsasən, hökumət ölkədəki vəziyyəti "xüsusi" olaraq dəyərləndirib. Bu da 26 kantonda (əyalətdə) ictimai tədbirləri qadağan etmək və başqa tədbirlər görmək üçün əsas yaradıb. Mövcud vəziyyətə görə təxirə salınan tədbirlər arasında Cenevrə Beynəlxalq Avtomobil Sərgisi, Bazel Dünya Saatlar Yarmarkası, Cenevrə Beynəlxalq Film Festivalı, Cenevrə İnsan Hüquqları Forumu kimi ənənəvi beynəlxalq tədbirlər də var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA