Türkiyədə İŞİD-in cəlladı oğlu ilə birlikdə tutuldu

img

04-03-2020 [13:11]


İŞİD terror təşkilatının Suriya əsilli cəlladı və oğlu Türkiyənin Bursa əyalətinin İnegöl rayonunda tutulublar.

 “CNNTurk” xəbər verir ki, onlar Türkiyənin Kocaeli əyalətinin polis əməkdaşları tərəfindən tutularaq Bursaya aparılıblar.

Bildirilib ki, Əbu Taki Alshamay kod adlı 50 yaşlı Y.A.A. İŞİD-in cəlladlarından və oğlu K.E. isə qruplaşmanın “kəşfiyyat” sahəsi üzrə məsul şəxslərindən biri olub.

Məlumata görə, araşdırmadan sonra onlar Türkiyədən deportasiya ediləcək/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA