Əfqanıstanda hərbçilər öldürülüb

img

03-03-2020 [16:16]


Əfqanıstanın şərqindəki Loqar əyalətindəki nəzarət-keçid məntəqəsinə edilən hücum nəticəsində 5 hərbçi öldürülüb.

Yerli KİV-in məlumatına görə, hücumu “Taliban” silahlıları həyata keçirib, lakin radikal qruplaşmadan hələlik vəziyyətlə bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, fevralın 29-da Qətərdə təşkil olunan mərasimdə ABŞ və “Taliban” 18 ildən çox davam edən müharibə dövründə ilk sülh sazişi imzalayıblar. Saziş özündə 14 ay ərzində xarici qoşunların Əfqanıstandan çıxarılmasını və məhbus mübadiləsi sövdələşməsindən sonra mart ayında əfqanlararası dialoqun başlanmasını ehtiva edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA