Çexiyada daha bir nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb

img

03-03-2020 [11:00]


Çexiyada daha bir nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, Çexiyada virus daşıyıcılarının sayı 4-ə çatıb.

Qeyd edilir ki, koronavirusa yoluxmuş 4-cü şəxs 53 yaşlı qadındır. O, daha öncə İtaliyaya səfər edib.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 91 000-ə çatıb. Bunların 48 173 nəfəri sağalıb, 3 119 nəfər isə ölüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA