İsraildə seçki: “Likud” partiyası yenə qalib gəlib

img

03-03-2020 [10:20]


İsrailin Baş naziri Binyamin Netanyahunun “Likud” partiyası bazar ertəsi Knessetə 23-cü seçkilərdə qalib gəlib.

TASS xəbər verir ki, bu rəqəmlər İsrailin “12-ci Kanal”ının parlament seçkilərində keçirdiyi “exit poll”un nəticələrində qeyd edilib.

Bildirilir ki, partiya parlamentə 120 yerdən 37-ni qazanıb. “Likud”un əsas rəqibi, Baş Qərargahın keçmiş başçısı Beni Qanzın başçılıq etdiyi “Kahol-Lavan” mərkəzçi partiyalar bloku birpalatalı parlamentdəki 33 yerə sahib olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA