Makron koronavirus təhlükəsinə görə xarici səfərlərini təxirə salıb

img

02-03-2020 [16:52]


Fransa prezidenti Emmanuel Makron koronavirus təhlükəsinə görə xarici səfərlərini təxirə salıb.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda Fransada ən azı 130 nəfərin koronavirusa yoluxması halı qeydə alınıb. Koronavirusa yoluxanlardan 2-si ölüb, 12-si sağalıb, 9-nun vəziyyəti ağırdır.

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində bir sıra kütləvi tədbirlər, habelə ildə bir dəfə baş tutan minlərlə insanın iştirak etdiyi Beynəlxalq Kitab Sərgisi təxirə salınıb, 5 mindən artıq insanın, virusun ən çox yayıldığı ərazilərdə isə, ümumiyyətlə, insanların toplaşmasına qadağa qoyulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA