Ərdoğan Avropanı miqrantlarla güncə sıxır: "Daha sərhədimizi köçkünlərin Avropaya keçməsinə qarşı qapatmayacağıq"

img

29-02-2020 [17:11]


Türkiyə prezidenti Ərdoğan İdlibdəki savaşa görə 1.5 milyon köçkünün sərhədlərinə cəmləşdiyini açıqlayıb.

Mia.az xəbər verir ki, AKP üzvləri ilə görüşdə çıxış edən Ərdoğan onlardan cəmi 18 mininin Avropa ölkələrinə keçə bildiyini bəyan edib: "Türkiyə sərhədini keçən köçkünlərin Avropaya doğru getmələrinin qarşısını daha almayacaq. Sərhədlərimizi onların üzünə biz bağlamayacağıq. Hazırda 4 milyon insan Əsəd rejiminə görə Türkiyəyə doğru qaçır. Onların 1.5 milyonu artıq sərhədlərimizə yetişib. 18 min dünən Avropaya doğru keçib, yəqin bu gün bu rəqəm 30 mini aşar. Biz bunlara təhlükəsiz bölgə yaradağın deyəndə, bizi dinələmədilər. İndi narahat olurlar. Olsunlar. Təkrar edirəm, daha sərhədimizi köçkünlərin Avropaya keçməsinə qarşı qapatmayacağıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA