Deputat koronavirusa yoluxdu

img

25-02-2020 [17:39]


İranın paytaxtı Tehran şəhərini ölkə parlamentində təmsil edən deputat Mahmud Sadiqi koronavirusa yoluxub.

“Təsnim” xəbər verir ki, o, bu barədə yaydığı videomüraciətdə məlumat verib. 

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 15 nəfərə çatıb, ümumilikdə 95 nəfərə koronavirus diaqnozu qoyulub. Hazırda ölkənin 13 - Tehran, Qum, Xorasan Rəzəvi, Gilan, Mazandaran, Həmədan, İsfahan, Mərkəzi, Əlborz, Simnan, Kermanşah, Fars və Hörmüzqan əyalətlərində koronavirus qeydə alınıb. 

İran Səhiyyə Nazirliyi ölkə vətəndaşlarına zərurət yaranmadığı təqdirdə evdən bayıra çıxmamağı tövsiyə edib/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA