Mingəçevirdə avtomobil qaçıran 3 nəfər tutuldu

img

21-02-2020 [13:35]


Mingəçevirdə avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Əfəndiyev fevralın 18-də “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil şəhər ərazisində tapılıb. 

Davam etdirilən tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir sakinləri A.Abdullayev, A.Əhmədov və H.Alıyev saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR