Yaponiyada gəmidə saxlanılan daha 79 nəfərdə koronavirus aşkarlanıb

img

19-02-2020 [14:55]


Yaponiyanın İokohama şəhərinin limanında karantin üçün saxlanılan “Diamond Princess” gəzinti gəmisində daha 79 nəfərdə koronavirus aşkarlanıb.

TASS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Beləliklə, gəmidə koronavirusa yoluxanların ümumi sayı 621 nəfərə çatıb. Gəmidəki 3 600-dan çox insandan indiyədək 3 011 nəfərin təhlil nümunələrinin götürüldüyü məlum olub.

Koronavirusun aşkarlanmadığı 500 nəfər gəmidən sahilə çıxarılıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR