"Hər an əməliyyatlara başlaya bilərik" - Ərdoğan savaşın anonsunu verdi

img

19-02-2020 [13:44]


"Suriyanın İdlib şəhəri ilə bağlı problemi həll etmək üçün Türkiyə və Rusiya nümayəndə heyətlərinin Moskvada keçirilən görüşü nəticəsiz başa çatıb. Çünki təklif olunan variant bizi qətiyyən qane etmir".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O təəssüflənib ki, indiyə qədər İdlibdə Türkiyə istədiyi nəticəni əldə edə bilməyib: "Ona görə də son xəbərdarlığımızı edirik. Türkiyə İdlib məsələsində özünün planını həyata keçirmək üçün bütün hazırlıqlarını görüb. Hər an əməliyyatlara başlaya bilərik. Daha açıq formada desəm, İdlibdə əməliyyatlar hər an başlaya bilər".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR