Bakıda inək oğurlayan keçmiş məhkum saxlanılıb

img

19-02-2020 [12:20]


Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfərə məxsus iriuynuzlu heyvanlar oğurlayan şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, N.Quliyevə, A.Piriyevə və X.Əsədova məxsus 7 baş inəyi otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Türkan qəsəbəsində qəsəbə sakini E.Yusibova məxsus 1 baş inəyi otlaq sahəsindən oğurlanası da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq